Azərbaycan regionda Avropa İttifaqının vacib tərəfdaşıdır
26.02.2015 [00:11]
Fevralın 25-də ADA Universitetində Avropa İttifaqının genişlənmə siyasəti mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdiyini, bu ilin mayında keçiriləcək Riqa sammitinin təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından vacib platforma olacağını qeyd edib.
Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis ölkəsinin bu il Avropa İttifaqına sədrlik etdiyini, Azərbaycanın qurumun Cənubi Qafqazda vacib tərəfdaşı olduğunu bildirib. Səfir Azərbaycan ilə Avropa İttifaqı arasında təkcə enerji əməkdaşlığının deyil, siyasi münasibətlərin də genişləndiyini diqqətə çatdırıb. O, Azərbaycanın regional əhəmiyyətini xüsusi vurğulayıb.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində əməkdaşlığın mümkünlüyünə toxunan Latviya Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Andris Sprüds Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxış edərək ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu söyləyib. Nazir müavini Vilnüs sammitindən keçən dövr ərzində enerji əməkdaşlığının, strateji tərəfdaşlığın genişləndiyini bildirib. M.Məmmədquliyev “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynayacağını söyləyib. O, ötən dövr ərzində Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirildiyini xatırladıb.
Nazir müavini Avropa İttifaqının digər münaqişələrə münasibətdə fərqli yanaşma göstərdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində isə fəallıq nümayiş etdirmədiyini bildirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi vaxtında dərin tədqiq olunsaydı, bu gün Ukraynadakı münaqişə də baş verməzdi. Nazir müavini işğalçılıq siyasəti yürüdən Ermənistana sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. Vurğulayıb ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin digərinin ərazisini zəbt etməsi qəbulolunmazdır.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın iqtisadi uğurlarından, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrindən danışıb.
“Dəyirmi masa” müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

