Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın iki dövlət tapmaq mümkün deyil
27.02.2015 [01:07]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin “TRT AVAZ” kanalının İctimai Televiziya ilə ortaq yayımlanan “50 dəqiqə” verilişinin qonağı olub.
Novruz Məmmədov verilişin aparıcısı Gökçen Oğanın Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan-Türkiyə münasibətləri barədə suallarını cavablandırıb.
Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, Azərbaycan xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə önəm verir.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinin heç bir nəticə verməməsinin təəssüf doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi deyib: “Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar. İyirmi ildən artıqdır ki, onların əsas prinsipi budur: Siz özünüz barışın, özünüz razılığa gəlin, biz sizi dəstəkləyək. Onlar çox yaxşı bilirlər ki, belə şey mümkün deyil. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə yeddi rayonunu da işğal edib”.
Xocalı soyqırımından danışan Novruz Məmmədov Azərbaycan dövlətinin faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirdiyini söyləyib.
Ermənistanın qonşularına qarşı münasibətinin, tarixi hadisələri siyasiləşdirməsinin düzgün olmadığını vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini rəsmi Yerevanın bununla heç nə əldə etməyəcəyini bildirib. Şöbə müdiri tarixi hadisələrin ədalət prinsipi əsasında araşdırılmalı olduğunu bildirib və əlavə edib ki, bu hadisələrə alimlər, tarixçilər tərəfindən qiymət verilməlidir.
Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açan Novruz Məmmədov deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

