Azərbaycan Xalça Muzeyi Pakistan dövlətinin başçısında xoş təəssürat doğurub
14.03.2015 [10:54]
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Azərbaycan Xalça Muzeyində olub.
Ali qonağa məlumat verilib ki, muzeyin ekspozisiyası xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini, xalçalara xas olan nadir gözəlliyi, zərifliyi və bədii məziyyətləri, xalça materialının, xalçaların yaradılması texnikasının harmoniyasını nümayiş etdirir.
Bildirilib ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır.
Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, avropalı rəssamların əsərlərində bu xalçaların rəsmləri nümayiş etdirilir. Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları da görmək olar.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Burada nümayiş olunan xalçalar çökük divarlarda asılıb. Muzeyin yuxarı mərtəbələrində istənilən nöqtədən baxanda bu xalçaların əkslərini görmək olur. Bunun sayəsində kolleksiyanın çox hissəsini müxtəlif rakurslardan müşahidə etmək mümkündür. Muzeyin terrasında açıq səma altında sərgilər keçirmək olar.
Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurub.
Sonda Prezident Məmnun Hüseynə xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

