/ / “Azərbaycanlıların soyqırımı həqiqətləri: tarix, həqiqət, ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilib
“Azərbaycanlıların soyqırımı həqiqətləri: tarix, həqiqət, ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilib
31.03.2015 [10:08]
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanlıların soyqırımı həqiqətləri: tarix, həqiqət, ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımlarından danışıb, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edildiyini xatırladıb. Rektor erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması xülyaları, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin ermənilər tərəfindən özününküləşdirilməsi barədə tarixi faktları diqqətə çatdırıb, son illər bu sahədə qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd edib.
Akademik U.Ələkbərov bildirib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırıb.
Elmi-praktik konfransda “1918-ci il soyqırımı”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin mərhələləri” mövzularında məruzələr dinlənilib.
Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar hazırlanan film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56

