Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür
02.04.2015 [10:02]
Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür.
Bu fikri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Argentinanın ölkəmizdəki səfirinin müavini Qabriel Alexandro Forquera və “AİTF Baku 2015” turizm sərgisində iştirak etmək üçün Azərbaycana gələn “Branding Latin America Group” şirkətinin rəhbəri Rodolfo Milesi ilə görüşdə səsləndirib.
Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən baş direktor AZƏRTAC ilə Argentinanın TELAM xəbər agentliyini sıx tərəfdaşlıq münasibətləri bağladığını qeyd edərək deyib: “Hər iki media qurumu beynəlxalq informasiya təşkilatlarında bir-birini dəstəkləyir, Azərbaycanda təşkil edilən tədbirlərin mütəmadi iştirakçısı olan TELAM agentliyi Dünya Xəbər agentlikləri Konqresi Şurası tərkibində də AZƏRTAC-la konstruktiv əməkdaşlıq edir”.
Görüşdə, həmçinin, AZƏRTAC-ın Azərbaycan və Argentina arasında turizm əlaqələrinin inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğu vurğulanıb.
Qabriel Alexandro Forquera hər iki ölkənin aparıcı xəbər agentlikləri arasında sıx tərəfdaşlığın mədəni əlaqələrin inkişafına da müsbət təsir göstərdiyini, gənc müstəqil Azərbaycanın aparıcı xəbər agentliyi olan AZƏRTAC-ın beynəlxalq informasiya məkanında böyük uğurlara imza atmasının təqdirəlayiq olduğunu deyib.
AİTF 2015 Beynəlxalq Turizm Sərgisində Argentinanın ikinci dəfə iştirak etdiyini deyən Rodolfo Milesi bildirib ki, iki ölkənin turizm əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda, mədəni və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü ildə Argentinaya səfərlər üçün Azərbaycana verilən vizaların sayı iki dəfə artıb. “Argentina bu sərgidə iştirak edən ilk Latın Amerikası ölkəsidir. Burada ölkəmizin musiqisi, mətbəxi və turizm potensialı təqdim olunacaq”, - deyə şirkət rəhbəri vurğulayıb.
Görüşdə ölkələrin mədəniyyətlərinin təbliğində beynəlxalq informasiya platformalarının roluna dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

