Azərbaycan ilə Polşa arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib
09.05.2015 [13:07]
Mayın 6-7-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavada səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti Polşanın rəsmi şəxsləri ilə, o cümlədən Baş nazirin müavini, iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, xarici işlər naziri Qjeqorj Sxetına, Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.
Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə əlaqələrin hazırkı vəziyyəti və bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa münasibətlərinin inkişaf etdiyini bildirərək ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Polşanın yüksək səviyyədə təmsil olunacağından məmnunluğunu bildirən Xələf Xələfov bu ölkənin idmançılarına uğurlar arzulayıb.
Görüşlərdə Polşa tərəfi rəsmi Varşavanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqenin dəyişməz qaldığını bildirib. Eyni zamanda, qarşı tərəf Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiklərini vurğulayıb.
Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

