Siyavuş Novruzov: AXCP və “Müsavat”ın dialoqda iştirakı özlərindən asılı deyil
14.05.2015 [10:19]
“İqtidar-müxalifət dialoquna Azərbaycanda fəal siyasətlə məşğul olan bütün partiyalar dəvətlidir. Lakin hər zaman olduğu kimi, bu dəfə də AXCP və “Müsavat”ın bu dialoqda iştirak edib-etməməsi, aydın məsələdir ki, onların özlərindən asılı deyil”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mayın 15-də keçiriləcək iqtidar-müxalifət dialoqunda AXCP və “Müsavat”ın iştirak edib-etməməsinə münasibət bildirərkən deyib.
Siyavuş Novruzovun sözlərinə görə, AXCP ayrı-ayrı qurumlara, təşkilatlara qulluq edən bir partiyaya çevrilib: “Əgər xaricdən hər hansı bir təşkilat və yaxud daxildə olan hansısa səfir onlara göstəriş versə ki, sözügedən dialoqda təmsil olunsunlar, onlar o zaman orada iştirak edəcəklər. Göstəriş verilmədiyi təqdirdə isə onlar dialoqda iştirak etməyəcəklər. Çünki onlar öz partiyalarının, cəmiyyətin rəyi ilə deyil, əksinə, maliyyə və tapşırıq aldığı qurumların diktəsi ilə oturub-dururlar. Bu baxımdan da bu partiyaların özləri müstəqil qərar qəbul edə bilməzlər. Onlara nə vaxtsa “mitinq təşkil et” deyilsə, o zaman mitinq keçirirlər. İndi bu dialoqda da iştirak onların rəhbərlərindən, xaricdə oturan ağalarından asılıdır. Bunlar hansı qərar qəbul edəcəklərsə, o cür də olacaq”.
S.Novruzov bildirib ki, “Müsavat”da isə legitimlik yoxdur: “Artıq bu partiyanın daxilində böyük parçalanma var. Müsavat Partiyasının yaradıcıları artıq oradan uzaqlaşıblar. Partiya bir qrup tərəfindən qeyri-qanuni yolla ələ keçirilib və monopoliyaya çevrilib. Əslində, həmin qrupun “Müsavat”ı təmsil etmək hüququ da yoxdur. Çünki onlar hansı qərar qəbul edəcəklərsə, üzvlər bunu qəbul etməyəcək. Bu baxımdan da legitimlik olmayan bir yerdə hansısa tərəfin partiya rəhbərliyində təmsil olunması sual doğuracaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

