/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva FAO-nun baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva FAO-nun baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
26.05.2015 [09:59]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfiri adına layiq görülüb
Mayın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini deyib. Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Azərbaycanın birinci xanımı ölkəmizdə ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söyləyib, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb.
FAO-nun baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də paytaxtımızda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib. Qonaq bildirib ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.
Jose Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu Mehriban Əliyevaya təqdim edib. Qonaq Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

