/ / Azərbaycanın Xarici İşlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” Zirvə Toplantısının yekun Bəyanatı ilə əlaqədar açıqlaması
Azərbaycanın Xarici İşlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” Zirvə Toplantısının yekun Bəyanatı ilə əlaqədar açıqlaması
26.05.2015 [10:03]
Azərbaycan Respublikası tərəfindən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Bəyanatı ilə əlaqədar Avropa İttifaqına Bəyanat təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası avropalı tərəfdaşların “Şərq Tərəfdaşlığı”nın gündəliyində olan məsələlərin tam şəkildə bu Bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir. Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır.
Açıqlamada deyilir: “Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra “Şərq Tərəfdaşlığı” ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir.
Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz. Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində Bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməmişlər.
Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri təşkil edir.
Azərbaycan Respublikası Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir”.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01

