“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Londonda ingilis dilində nəşr olunub
26.05.2015 [10:12]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müxtəlif dillərə tərcümə olunaraq nəşr edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, habelə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixindən bəhs edən bu fundamental əsər rus dilindən sonra, ingilis dilində də işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab Böyük Britaniyanın “Digital Print Media” nəşriyyatı tərəfindən çap edilib. Kitabın kataloq yazısını Britaniya Kitabxanasından əldə etmək mümkündür. Nəşrin ingilis dili versiyasındakı xülasədə kitabın məlumatsız oxucuya problemin dərinliyinə varmaqda, Dağlıq Qarabağ ətrafında gedən silahlı münaqişənin səbəblərini və təsirini aydın şəkildə anlamaqda kömək etdiyi vurğulanır. Həmçinin, müasir siyasi elmdə və tarixdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan mövzu barədə qərəzsiz məlumat mənbəyi olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və səbəbləri ilə yanaşı, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesindən, o cümlədən, beynəlxalq təşkilatların məsələyə münasibətindən və yanaşmasından bəhs edir. Kitabın geniş oxucu auditoriyası (tarixçilər, siyasi elmlər üzrə alimlər, beynəlxalq hüquqşünaslar, konfliktoloqlar, antropoloqlar və sosioloqlar) üçün nəzərdə tutulduğu bildirilir.
“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının dünyanın aparıcı dillərindən olan ingilis dilində nəşri kökləri əsrlərin dərinliyinə gedib çıxan münaqişə barədə tarixi həqiqətlərin geniş beynəlxalq auditoriyaya çatdırılması baxımından olduqca faydalıdır. Belə ki, müəllif həm siyasətçi, həm də elm adamı olduğundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi və elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparır. Çoxsaylı ilkin mənbələr və elmi ədəbiyyat əsasında, xüsusən xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirir, regionun tarixini bilavasitə münaqişə kontekstində araşdırır.
Nəşrdə Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən çox mühüm sənədə - çar məmurları tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə istinad olunur. Akademik diqqəti, həmçinin, XIX əsrin birinci yarısından başlayaraq ermənilərin köçürüldükləri Azərbaycan ərazilərində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Dağlıq Qarabağda və Azərbaycanın bəzi mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasını imperiya siyasətinin nəticəsi olduğunu açıb göstərir.
Kitabda, həmçinin, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.
Kitabın müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən qeyri-yekdilliyin sülh prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.
Dağlıq Qarabağa dair fundamental bir elmi əsərin ingilis dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, ingilisdilli oxucularda Qarabağ həqiqətləri haqqında obyektiv rəyin formalaşması işində mühüm rola malik hadisədir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub. Yerli və xarici elm adamlarının, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri təqdimat mərasimində nəşr barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

