/ / Musa Quliyev: İlk Avropa Oyunları Azərbaycanın regionun lider dövləti kimi bir daha dünya ictimaiyyətinə təqdimatı olacaq
Musa Quliyev: İlk Avropa Oyunları Azərbaycanın regionun lider dövləti kimi bir daha dünya ictimaiyyətinə təqdimatı olacaq
03.06.2015 [09:26]
“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi faktının özü artıq Azərbaycan üçün bir dividenddir”. Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, əgər Avropa dövlətləri qərara gəliblərsə ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilsin, deməli, onlar Azərbaycanı demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf etmiş sosial rifah dövləti kimi görürlər, qəbul edirlər: “Və ilk Avropa Oyunlarının da tarixinin Azərbaycandan başlaması artıq onların ölkəmizə verdiyi yüksək qiymətdir”.
“Eyni zamanda, konkret olaraq Azərbaycanda bu Oyunların keçirilməsi ilə ondan sonrakı dövrdə bizim qazancımız nə olacaq?” - deyən, M.Quliyevin sözlərinə görə, siyasi müstəvidə qazancımız odur ki, bu, bizim müstəqilliyimizin, birliyimizin, gücümüzün, qüdrətimizin, inkişafımızın, hüquqi-demokratik imkanlarımızın təsdiqidir.
O qeyd edib ki, bura gələn hər bir turist artıq Azərbaycanın təbliğatçısıdır: “Yaxşı görəcək yaxşını deyəcək, pis görəcək pisi deyəcək. Bura gələn hər bir turist Azərbaycanda inkişafı görəcək, mədəniyyəti görəcək. Azərbaycan insanının davranışını, səviyyəsini görəcək, geyim-keçimini görəcək”.
M.Quliyev əlavə edib ki, bütün bunlar Azərbaycan üçün xaricdə müsbət bir imicin yaranmasına xidmət edəcək faktor olacaq: “Azərbaycana gələn hər bir insan, ilk növbədə, bizim mədəniyyətimizlə, mətbəximizlə, insanlarımızın xarakteri ilə tanış olacaq. Ölkəmizi tanımayan o insanlar Azərbaycanı yenidən kəşf edəcəklər. Ölkəmizə gələn hər bir turist görəcək ki, Azərbaycan insanı nə qədər tolerantdır, mehribandır, sivildir, mədənidir. Bu, artıq ermənilərin illərlə apardıqları əks-təbliğatı puça çıxaran bir fakt olacaq. Yəni xaricdə hər kəs görəcək ki, Azərbaycan xalqı ilə nəinki birgə yaşamaq mümkündür, hətta Azərbaycan xalqı ilə bir yerdə yaşamaq hər bir xalq üçün şərəf və xoşbəxtlikdir. Bax, onlar ermənilərə deyəcəklər ki, “siz axı nə istəyirsiniz? Biz Azərbaycana getmişik, bu xalqı görmüşük, tanıyırıq, bunlar haqqında niyə belə böhtanlar deyirsiniz?” Bu, artıq bizim ən böyük qazanclarımızdan biri olacaq”.
M.Quliyev ilk Avropa Oyunlarının iqtisadi baxımdan da Azərbaycana böyük dividend gətirəcəyini deyib: “Azərbaycana gələn hər bir insan, heç şübhəsiz ki, biznesmen deyil, amma gələnlərin içərisində biznesmen və onlara yaxın olan insanlar var. Və belələri artıq Azərbaycanda özləri üçün yeni biznes nöqtələri axtarıb tapacaqlar. Öz biznes maraqlarını, biznes layihələrini reallaşdırmaq üçün kontraktlar imzalayacaqlar və gələcəkdə Azərbaycana investisiya qoymaq, Azərbaycanla müəyyən alış-veriş əlaqələri yaratmaq, biznes əlaqələri qurmaq üçün artıq yeni körpülər yaranacaq. Bu da bizim qazanclarımızdan biridir.
Digər tərəfdən, düşünürəm ki, birinci Avropa Oyunları zamanı Azərbaycanda olan hər bir əcnəbi sonradan bura ailəsi ilə istirahətə gəlmək istəyəcək. Bu da turizmin inkişafına yeni bir mərhələ, yeni bir təkan olacaq. Həmçinin, Azərbaycan dünyada bir idman dövləti kimi artıq tarixə düşəcək və ilk Avropa Oyunları harada keçirilib deyəndə, dünyanın hər yerində məhz Azərbaycan yada düşəcək. Bu da böyük qazanclarımızdan biridir.
Tikilən idman kompleksləri, qurulan yollar, körpülər, bu gün idmanla bağlı bütün infrastrukturlar gələcəkdə Azərbaycanın idman dövləti kimi yaşamasına, idman dövləti kimi tanınmasına xidmət edəcək. Heç də təsadüfi deyil ki, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi artıq ölkəmizə konkret maliyyə dividendi gətirəcək məsələlərdən biridir. Yəni, bu gün qoyulan vəsait Azərbaycanda digər böyük yarışların, müsabiqələrin, oyunların, beynəlxalq tədbirlərin həyata keçirilməsi üçün bir vasitə rolunu oynayacaq.
Ən böyük qazancımız isə Azərbaycanın imicinin dünyada daha da güclənməsi olacaq. Azərbaycanın sülhpərvər, dostpərvər, idmansevər bir dövlət olduğu bir daha dünyaya bəyan olunacaq. Azərbaycanın regionun lider dövləti kimi bir daha dünya ictimaiyyətinə təqdimatı olacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

