/ / Əli Əhmədov: Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və Avropanın idman tarixinə öz adını yazacaq
Əli Əhmədov: Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və Avropanın idman tarixinə öz adını yazacaq
03.06.2015 [09:33]
“Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Bu barədə artıq birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bəyanat verib. Ən başlıcası ondan ibarətdir ki, Avropa Oyunları ilk olaraq Azərbaycanda keçirilir. Bu, tarix deməkdir. Yəni Avropanın idman tarixində çox önəmli hadisənin başlanğıcı Azərbaycanda qoyulur. Güman edirəm ki, Azərbaycanda Avropa Oyunlarının elə yüksək standartı müəyyənləşdiriləcək ki, digər ölkələrdə bu Oyunlar keçiriləndə həmin standartlar tətbiq olunacaq”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycanın hər bir vətəndaşı belə bir mötəbər tədbirin ilk dəfə ölkəmizdə keçirilməsindən qürur duyur. Onun fikrincə, bu bir daha onu göstərir ki, artıq Azərbaycan müasir dünyaya yaxından inteqrasiya etmiş, iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış, dünya səviyyəli idman oyunlarını, mədəni tədbirləri keçirməyə hazır olan ölkədir.
“Hesab edirəm ki, ilk Avropa Oyunlarının keçirilməsi ölkəmizi bütün dünyada həm təbliğ etmək imkanı yaradacaq, həm də Azərbaycanın imici daha yüksəlmiş olacaq. Tədbir çərçivəsində Azərbaycana minlərlə idmançı gələcək, qonaqlar gələcək. Onlar Azərbaycanda sabitliyi, əmin-amanlığı və insanlar üçün yaradılmış yaşayış şəraitini görəcəklər. Beləliklə də, Azərbaycan bir daha bu Oyunlar vasitəsilə dünyaya özünü təqdim edə biləcək”, - deyən Baş nazirin müavini bir çox idman növlərinə maraq göstərdiyini və Oyunları izləyəcəyini vurğulayıb. Əli Əhmədov ilk Avropa Oyunlarında Azərbaycan idmançılarının böyük uğurlar qazanacağına çox inandığını qeyd edib.
Birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamenti tərəfindən ölkəmizlə bağlı dinləmələrin keçirilməsi və hər hansı qeyri-obyektiv sənədin qəbul olunması ehtimalına gəlincə, YAP Sədrinin müavini bildirib ki, Avropa Parlamenti belə bir addım atacaqsa, bu, münasibətlərə mənfi təsir edəcək. Belə hadisələrin əvvəllər də baş verdiyini deyən Əli Əhmədov xatırladıb ki, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də müəyyən qüvvələr ölkəmizə qarşı qərəzli kampaniyalar apardılar, amma onların bu fəaliyyəti həmin tədbirin yüksək səviyyədə keçirilməsinə mane ola bilmədi.
“Görünür ki, Azərbaycanın inkişafından qısqanclıq keçirən, bunu gözü götürməyən qüvvələr var. Bəzi hallarda Avropanın çox mötəbər qurumları həmin qüvvələrin təsiri altında hərəkət edirlər. Biz buna təəssüflənirik. Amma ilk Avropa Oyunları ərəfəsində ölkəmiz barədə yenə də qərəzli sənəd qəbul olunsa, bu, Azərbaycanın haqq işinə mənfi təsir göstərməyəcək. Yalnız münasibətlərə təsir edə bilər.
Biz dünyaya, o cümlədən, Avropa İttifaqına inteqrasiya etməyə hazır olan ölkə olduğumuzu dəfələrlə sübut etmişik. Amma kimsə Azərbaycana öz iradəmizdən kənar nəyisə qəbul etdirmək istəyirsə, bu, mümkün deyil. Azərbaycan elə bir dövlət səviyyəsinə gəlib çatıb ki, nə qədər mötəbər təşkilat olsa da belə, ölkəmizə öz iradəsini qəbul etdirə bilməz. Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və Avropanın idman tarixinə öz adını yazacaq. Avropanın idman tarixində də məhz bu hadisə qalacaq. Avropa Parlamenti əgər hansısa qeyri-obyektiv qərar qəbul etsə, bu, kağız üzərində qalan qərardan başqa bir şey olmayacaq”, - deyə Əli Əhmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

