Ceyn Pirs: “Bakı-2015” Əməliyyat Komitəsi AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir
05.06.2015 [10:26]
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.
Ceyn Pirs əvvəlcə birinci Avropa Oyunlarının işıqlandırılması üçün AZƏRTAC-ın qeydiyyatdan keçmiş əməkdaşları ilə görüşüb, onların suallarını cavablandırıb.
Tədbiri açan agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov AZƏRTAC-ın birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olduğunu xüsusi vurğulayaraq, “Bakı-2015” Əməliyyat Komitəsi ilə səmərəli əməkdaşlıqdan və bunun yaratdığı imkanlardan danışıb. Qeyd olunub ki, Oyunların yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə ciddi hazırlıq işləri görülür, AZƏRTAC-ın bu işə cəlb olunan əməkdaşları üçün təlim və seminarlar keçirilir.
Birinci Avropa Oyunlarının AZƏRTAC tərəfindən işıqlandırılmasına xüsusi önəm verdiklərini vurğulayan Ceyn Pirs bildirib ki, agentlik ilə “Bakı-2015” Əməliyyat Komitəsi arasındakı sıx əməkdaşlıq, eləcə də ötən ayın əvvəlində imzalanan rəsmi tərəfdaşlıq haqqında saziş bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Ceyn Pirs Oyunların işıqlandırılması üçün AZƏRTAC-ın qeydiyyatdan keçmiş əməkdaşlarına açılış mərasimi və yarışlar zamanı medianın fəaliyyəti, jurnalistlər üçün yaradılan imkanlar və digər məsələlər barədə ətraflı məlumat verib, görüş iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadə faydalı görüş üçün Ceyn Pirsə təşəkkürünü bildirərək Əməliyyat Komitəsinin AZƏRTAC ilə sıx əməkdaşlığının məmnunluq doğurduğunu qeyd edib.
Sonra Ceyn Pirs AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüşüb.
AZƏRTAC ilə “Bakı-2015” Əməliyyat Komitəsi arasında sıx əməkdaşlığın qurulmasında fəal roluna və göstərdiyi diqqətə görə Ceyn Pirsə minnətdarlığını bildirən Baş direktor Azərbaycanın mötəbər tədbirlərə uğurla ev sahibliyi edərək bu sahədə zəngin təcrübə qazandığını söyləyib. Əminliklə bildirib ki, birinci Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək və yalnız Azərbaycanın deyil, qitənin həyatında yaddaqalan mühüm idman hadisəsi olacaq. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizin bütün guşələrində Oyunların həyəcanı yaşanır, xalqımız bu mühüm idman tədbirinə böyük bayram kimi hazırlaşır. İlk Avropa Oyunlarına təbii ki, dünyada da böyük maraq göstərilir. Məhz bu baxımdan “Bakı-2015”-in təbliği yerli media, xüsusən də AZƏRTAC üçün böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın birinci Avropa Oyunlarının işıqlandırılmasına son dərəcə məsuliyyətlə yanaşdığını qeyd edən Baş direktor bununla bağlı görülən tədbirlər barədə qonağa ətraflı məlumat verib.
“Bakı-2015” Əməliyyat Komitəsinin bu əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Ceyn Pirs Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın qeydiyyatdan keçmiş 60-dək əməkdaşının hər biri üçün lazımi şəraitin yaradılacağını bildirib. O, Əməliyyat Komitəsi tərəfindən AZƏRTAC-ın əməkdaşları üçün müxtəlif təlimlərin keçirilməsi imkanlarından danışıb.
Mətbuat əməliyyatları şöbəsinin direktoru AZƏRTAC-ın malik olduğu kanallar vasitəsilə bu mötəbər yarışlar barədə xəbərlərin dünya idman ictimaiyyətinə operativ surətdə çatdıracağına əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

