Almaniya qəzeti Qərb mediasında Azərbaycan əleyhinə aparılan kampaniyanı ifşa edib
17.06.2015 [10:27]
Almaniyanın “Berlinertageszeitung” qəzetində alman mediasının ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumları tənqid olunub.
APA-nın məlumatına görə, məqalədə bildirilir ki, son həftələr Almaniya mətbuatında qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı çoxalıb: “Təəssüf ki, bu, alman mediasının tənqidindən çox Azərbaycan haqda qaralama kampaniyasıdır. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Avropa Oyunlarının aktuallığı fonunda iqtisadi şəffaflıq kimi məsələlərin meydana atılması da oyunların əhəmiyyətinə təsir edir. Azərbaycan 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərinə də aiddir”.
Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının da yanlış olduğu qeyd olunur: “Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin, 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan “Yeni Müsavat” və “Azadlıq” gündəlik ən böyük tirajla çap olunur. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayiş dinc və insidentsiz ötüşür”.
Qəzet qeyd edir ki, Azərbaycanda heç bir şəxs jurnalistlik, yaxud siyasi fəaliyyətinə görə həbs olunmayıb.
“Azərbaycan Qərb demokratiyasında olduğu kimi jurnalistlərə qanunvericiliyə əsasən toxunulmazlıq statusu verib. Bəzi bloqer və jurnalistlərin iddia etdiyinin əksinə olaraq, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər hansı cinayət əməli cəzasız qalmır”, - deyə “Berlinertageszeitung” yazıb.
Məqalədə Azərbaycanın iqtisadi inkişafından da bəhs olunur: “Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan dünyada iqtisadi rəqabət qabiliyyətinə görə 40-cı pillədə qərarlaşıb. Bu ölkədə keçirilən I Avropa Oyunlarının idman hadisəsi olaraq siyasiləşdirilməsi doğru deyil”.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

