/ / Bakıda “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
Bakıda “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
16.07.2015 [10:01]
İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunan “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi yeniliklərin, elmin inkişafı istiqamətində aparılan islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolundan, ölkədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan akademik milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Milli mətbuatımizin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın mətbuatın inkışafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
AMEA-da son illər həyata keçirilən tədbirlər və onların elmin inkişafına əhəmiyyətli təsirindən danışan A.Əlizadə bildirib ki, akademiyanın yeni Nizamnaməsinin, “AMEA- 2020” Konsepsiyasının qəbul edilməsi əldə olunan ən böyük uğurlardandır. Azərbaycan elminin təhsillə inteqrasiyasının hazırda ən vacib məsələlərdən olduğunu söyləyən akademik bu il ilk dəfə AMEA-da yeddi ixtisas üzrə magistraturaya qəbul aparıldığını, gələcəkdə bu ixtisasların sayının artacağını bildirib. Qeyd olunub ki, bunda məqsəd AMEA üçün yeni kadrlar, dünya elminə inteqrasiya oluna biləcək savadlı alimlər hazırlamaqdır.
Akademik A.Əlizadə AMEA ilə media qurumları arasında əlaqələrin əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da güclənməsi istiqamətində fəaliyyətin genişləndiriləcəyinə əminliyini bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini söyləyib. O, ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanların yaradıldığını bildirib. Ə.Amaşov Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri bayram münasibətilə təbrik edib.
Sonda bəzi media qurumları, o cümlədən AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının diplomları ilə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

