Əli Həsənov: Azərbaycanda yeni nəsil medianın təməlini Ulu öndər Heydər Əliyev qoyub
23.07.2015 [09:31]
Milli Mətbuat Günü ilə bağlı tədbirlərdə Azərbaycan mediasının keçdiyi inkişaf yoluna, jurnalistlərin peşəkarlığının artırılmasına, onların problemlərinin həllinə, mətbuatımızın ölkəmizi daxildə və xaricdə təmsil etməsi, beynəlxalq proseslərdə iştirakı məsələlərinə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev dünən (yəni iyulun 21-də - red.) yekun olaraq Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü. Bu görüşdə dövlətimizin başçısı media ilə bağlı fikirlərini, tövsiyələrini, mətbuatın qarşısında duran vəzifələri açıqladı.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 22-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Prezidentin köməkçisi deyib: “Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi”.
Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Ümummilli lider 1998-ci ildə postsovet məkanında ilk dəfə media üzərindən bütün tənzimləyici mexanizmləri, senzuranı ləğv etdi, Azərbaycanda yeni nəsil medianın təməlini qoydu. Ulu öndər müstəqil Azərbaycanda jurnalistikanın inkişafı üçün bütün lazımi şəraiti yaratdı. Bundan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz medianın inkişafı üçün bütün zəruri işləri görür”.
“Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”, - deyə Əli Həsənov bildirib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

