/ / Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar treninqlərə başlanılıb
Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar treninqlərə başlanılıb
15.08.2015 [11:10]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbirlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 14-də Bakıda, “Park Inn” otelində keçirilən tədbirin açılışında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan MSK sədri və Avropa İttifaqının səfiri qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluqla danışaraq, bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığını və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin daha da maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Sonra beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi həyata keçirilən tədbirin bu mərhələsi dairə seçki komissiyaları üzvlərinin məlumatının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Layihə çərçivəsində, həmçinin namizədlərin qeydiyyatı proseduru ilə bağlı videoklip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulub.
Avqustun 14-dən start götürən treninqlər Bakı, Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək və treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

