YAP-ın deputatlığa namizədləri üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb
15.08.2015 [11:11]
Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Report”a deyib ki, bunun üçün 1250 nəfər seçiblər.
O qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır: “10 faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın. Artıq onların siyahısı hazırdır”.
S.Novruzov bildirib ki, Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, imza verən şəxslər kimlər ola bilər, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib: “İmza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlamışıq. Yaxın günlərdə həmin insanlara treninqlər keçiriləcək. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər onlara əyani formada izah olunacaq. Biz bütün seçkilərdə bunu edirik”.
S.Novruzovun sözlərinə görə, YAP-ın Mərkəzi Seçki Qərargahında və rayon-şəhər şöbələrində yaradılan yerli qərargahlarda iş bölgüsü aparılıb, imza toplayan şəxslərin hər birinə nəzarət mexanizmi yaradılıb: “Bəzi rayon və şəhərlərin ərazisində 4 seçki dairəsi var. Ona görə də Mərkəzi Seçki Qərargahının bəzi rayon və şəhərlər üzrə yerli şöbələrində təxminən 40 nəfər imza toplayan şəxs təyin edilib. Seçki qərargahının üzvləri arasında hər dairə üzrə iş bölünüb. İmzatoplama kampaniyasında hər 10 nəfərə seçki qərargahının bir üzvü rəhbərlik edəcək”.
Bundan başqa, ekspertlər qrupunun da yaradıldığını diqqətə çatdıran S. Novruzov əlavə edib ki, onlar da toplanılan imzaların ilkin yoxlanılması prosesini aparır: “Yəni dairələr üzrə imza toplanıb YAP-ın rayon və şəhər seçki qərargahına gətirilir. Burada ekspertlər həmin imzalara baxır, tamamilə yoxlayır, bunun tam şəkildə qanunun tələblərinə uyğunluğunu təsdiq edir. YAP-ın dairə üzrə səlahiyyətli nümayəndəsi buna imza atır və bundan sonra digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunur”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

