/ / Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb
Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb
04.09.2015 [10:15]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri senator xanım Nuzhat Sadiqi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəldiyini deyən Nuzhat Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını diqqətə çatdırıb. O, Azərbaycanın dinamik inkişafına və əldə etdiyi nailiyyətlərə Pakistan xalqının səmimi qəlbdən sevindiyini qeyd edib.
Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən bu ölkədə baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi yardımın yüksək qiymətləndirildiyini deyib.
Elmar Məmmədyarov Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlığın mövcud olduğunu deyən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı ilə bağlı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində ölkəmizin haqq işinə göstərdiyi dəstəyinin yüksək dəyərləndirildiyini vurğulayıb.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası münasibətlərin iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

