/ / Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov İCAPP-ın Qadınlar Qolunun III iclasının iştirakçılarını qəbul edib
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov İCAPP-ın Qadınlar Qolunun III iclasının iştirakçılarını qəbul edib
04.09.2015 [10:17]
Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov Bakı şəhərində keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclasının iştirakçılarını qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov İCAPP Qadınlar Qolunun III iclasında əhəmiyyətli məsələlərin müzakirə olunduğunu bildirib. Qadınların problemlərinin dünyanın diqqət mərkəzində olduğunu deyən Baş nazirin müavini Asiya və Şərq ölkələrinin bu problemlərə daha həssaslıqla yanaşdığını qeyd edib. “İCAPP-ın beynəlxalq təşkilat olaraq qadın problemlərinə diqqətlə yanaşması çox təqdirəlayiq haldır. Təşkilatın Qadınlar Qolu Bakı şəhərində təsis olunub. Qurumun III iclasının da Bakı şəhərində keçirilməsini yüksək qiymətləndiririk. İnanırıq ki, iclasda aparılan müzakirələr təşkilatın fəaliyyəti üçün əsaslardan biri olacaq və bu müzakirələr dünyada qadın problemlərinin həllinə müsbət təsir göstərəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.
Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirən Əli Əhmədov vurğulayıb ki, ona görə də İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Baş nazirin müavini ölkəmizdə qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycanda qadın problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu sahədə müvafiq proqramlar icra olunur.
İCAPP-ın Daimi Komitəsinin həmsədri, təşkilatın baş katibi Çunq Eu-Yonq növbəti dəfə Azərbaycana səfər etmələrindən məmnun olduğunu bildirib. İCAPP-ın Bakıda bir sıra mötəbər toplantılarının keçirildiyini xatırladan təşkilatın baş katibi qeyd edib ki, Azərbaycan bu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib.
“Bakı şəhəri artıq İCAPP-ın tədbirlərinin mərkəzinə çevrilib”, - deyən Çunq Eu-Yonq Yeni Azərbaycan Partiyasının bu təşkilat çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib. İCAPP-ın baş katibi təşkilatın tədbirlərinin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkür edib.
Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını söyləyən baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları ölkəmizdə geniş inkişaf proseslərinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaratdığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

