Azərbaycanın xarici işlər naziri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb
04.09.2015 [10:18]
Sentyabrın 3-də xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Uilyam Leysi Sinq Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin 1990-cı illərin sonlarından fəaliyyət göstərdiyini qeyd edərək təşkilat ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericilik və institusional bazanın yaradılması üzrə təcrübəsinin, qeyri-leqal miqrantların ləyaqətli və insani şəkildə saxlanması üzrə yaradılmış mərkəzin digər dövlətlər üçün nümunə olduğunu vurğulayıb.
Müasir dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin multikulturalizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu deyib.
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində monoetnik tərkibli dövlət kimi mövcudluğu və bu ölkənin Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verib. Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını söyləyib.
Elmar Məmmədyarov Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O, əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.
Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini deyib.
Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkəmizin uğurlu miqrasiya siyasəti, zəngin multikulturalizm və tolerantlıq ənənələri üzrə öz təcrübəsinin digər üzv dövlətlərlə bölüşməyə hazır olduğunu söyləyib.
Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

