Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan haqqında jurnal nəşr olunub
08.09.2015 [10:08]
Sentyabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən populyar qəzeti olan “Gulf news” Dubaydakı baş konsulluğumuzun təşəbbüsü və dəstəyi ilə bu ölkədə ilk dəfə Azərbaycan haqqında jurnal nəşr edib.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə 2015-ci il aprelin 1-də BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Bakıya rəsmi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşünə və bu səfərin iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsinə əlverişli zəmin yaratmasına xüsusi yer ayrılıb.
Baş konsul Pərviz İsmayılzadə BƏƏ ilə ölkəmiz arasında bir çox sahədə, xüsusilə ticarət sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyindən, Dubay Sənaye və Ticarət Palatasının ilk xarici nümayəndəliyinin məhz Bakıda açılmasından, 2012-ci ildə BƏƏ-də fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının 49 faiz artaraq, 262-yə çatmasından bəhs edib.
Nəşrdə, həmçinin “Bakı-2015” ilk Avropa oyunlarının möhtəşəm açılış mərasimi, 93 ölkəyə birbaşa yayımlanan idman yarışlarının bir milyarddan çox insanın izlədiyi, 2014-cü il ərzində sosial şəbəkələrdə 33 milyon insanın Azərbaycan haqqında məlumat axtardığı qeyd olunub. Tarixi abidələrimiz Şirvanşahlar sarayı və Bibiheybət məscidi, müasir memarlıq nümunəsi olan Alov Qüllələri, məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş əzəmətli Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumatlar da yer alıb.
Jurnalın redaktoru Eduan Maggo tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənən Azərbaycan mətbəxinin əcnəbi qonaqları məftun etdiyini, qədim kulinariya ənənələrinin qorunması ilə yanaşı, müasir dünya mətbəxi nümunələrinin də menyulara əlavə edildiyini vurğulayıb.
Nəşrdəki yazılar ayrı-ayrılıqda üç məqalə şəklində “Gulf News” qəzetinin 6 sentyabr tarixli buraxılışında dərc olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

