Çexiyanın birinci xanımı İçərişəhərdə olub
16.09.2015 [10:10]
Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
Qonağın İçərişəhər ilə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.
Sonra İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. Ona UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri yerləşir və bu abidələr dövlət tərəfindən qorunur.
Sonra İ.Zemanova Şərq memarlığının şah əsərlərindən biri - dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə tanış olub. Bildirilib ki, XV əsrdə inşa edilən bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Şirvanşahlar sarayı Xəzər dənizindən və şəhər ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq əhəmiyyətini zəmanəmizdə də qoruyub saxlayır.
Qonaq Miniatür Kitab Muzeyində də olub. İ.Zemanovaya muzeyin fəaliyyəti və onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib.
Sonra qonaq Qız qalası ilə tanış olub. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qalada bir neçə il əvvəl konservasiya işləri görülüb. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir.
Sıratağlı Dini-Memarlıq Kompleksi və Karvansaray ərazisində ekspozisiya birinci xanımın böyük marağına səbəb olub.
Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib.
İçərişəhərin abidələri və muzeyləri ilə tanışlıq Çexiyanın birinci xanımında böyük təəssürat doğurub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

