Rasim Ljajic: Serbiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır
29.09.2015 [10:18]
Serbiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın, xüsusən, kənd təsərrüfatı, infrastrukturun inkişafı, Azərbaycan investisiyalarının Serbiyaya cəlb olunması sahəsində möhkəmlənməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının həmsədri Rasim Ljajic birgə komissiyanın Bakıda keçirilən IV iclasının yekunlarını jurnalistlərə şərh edərkən bildirib.
O deyib: “Bakıda keçirilən iclas ölkələrimiz arasında çox gözəl dostluq münasibətlərinin olduğunu təsdiq edir. Biz turizm, informasiya texnologiyaları, əczaçılıq sahələrində əməkdaşlıq üçün yeni imkanlar müəyyən etdik”.
Serbiyanın Azərbaycan şirkətlərini özəlləşdirmə prosesinə qoşulmağa dəvət etdiyini vurğulayan R.Ljajic deyib: “Biz Azərbaycandan daha çox investisiya cəlb etmək istərdik. Qarşılıqlı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir və biz istərdik ki, tərəfdaşlığımız çox gözəl ticari-iqtisadi əməkdaşlıqla davam etsin”.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini qeyri-qənaətbəxş adlandıran Serbiya nazirinin fikrincə, əmtəə dövriyyəsini genişləndirmək üçün iki ölkənin sahibkarları arasında sıx əlaqələr yaratmaq, viza rejimini tam liberallaşdırmaq, birbaşa aviareys açmaq, nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

