A.Karavayev: Mehriban Əliyevanın şəxsiyyəti mədəniyyətlərin uğurlu sintezinin bariz nümunəsidir
30.09.2015 [09:45]
“Mehriban Əliyeva sadəcə Azərbaycan milli elitasının ən parlaq örnəklərindən biri deyildir. Onun şəxsiyyəti mədəniyyətlərin uğurlu sintezinin bariz nümunəsidir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində təhsil aldığı dövrdə ona istər Azərbaycanın yaradıcı mədəniyyəti, istərsə də Moskva ziyalıları, sovet alimləri mühiti eyni dərəcədə təsir göstərib. Bu gün Rusiya-Azərbaycan münasibətlərinin humanitar müstəvisində birinci xanım öz ölkəsində rus dilinin, Rusiya mədəniyyətinin və təhsilinin qeyri-rəsmi “elçisi” rolunu oynayır”. Bu sözləri tanınmış politoloq Aleksandr Karavayev “Rossiyskaya qazeta”da dərc olunan “Gələcəyi yaradırıq” məqaləsində yazıb.
Müəllif Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının açılışından söz açılan məqalədə yazır: “Bu layihə Rusiya ilə Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlığın səmərəli nümunələrindən biridir”.
Məqalədə vurğulanır ki, Azərbaycanda tədrisin istər Azərbaycan, istərsə də rus dillərində olduğu 327 dövlət ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan əlavə, ölkədə təhsil prosesi sırf rus dilində aparılan daha 16 dövlət məktəbi fəaliyyət göstərir. 2014-cü il üçün olan məlumata görə, bütövlükdə rus dilində təhsil alan məktəblilərin sayı təqribən 91 min nəfər təşkil edir. 2009-2013-cü illərdə ali və orta ixtisas təhsil sistemində islahatlar üzrə dövlət proqramının yekunlarına dair ilkin nəticələr əldə edilib. Tədrisin məzmun və texnologiyası təkmilləşdirilib. Ali təhsil ixtisaslarının sayı və seçimi əmək bazarının tələblərinə uyğunlaşdırılıb. Ali məktəblərin strukturu və bütövlükdə onların idarəçilik sistemi müasir tələblər baxımından modernləşdirilib. Ölkənin hüdudlarından kənarda yerləşən ali məktəblər, Azərbaycanın daxilindəki ali və orta məktəblər arasında daha sıx əlaqələr yaradılır. Azərbaycan ali məktəblərinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb olunmasını sanballı nailiyyət hesab etmək olar. Universitetlərin reytinqini müəyyən edən sistem yaradılıb. Ali məktəblərdə zamanın tələblərinə uyğun elmi-tədqiqat işlərinin təşkili sistemləşdirilib. Bu, xüsusən, neft kimyası sahəsində mütəxəssislərin hazırlanmasına aiddir. İnsan məhz təhsil prosesində mədəni dəyərlər mənimsəyir, peşə vərdişləri qazanır, rəqabətin və istehlak dəyərlərinin hökmran olduğu müasir dövrün sərt dünyasına daxil olur. Məqalədə vurğulanır: “Təhsilin Azərbaycan modeli belə bir prinsipdən çıxış edərək qurulur: müasir biliklər düzgün istiqamət verən və qlobal çağırışlarla üzləşdiyi zaman şəxsiyyəti gücləndirən qüvvədir”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

