İctimai rəy sorğusunun nəticələri Azərbaycanda sabitlik və təhlükəsizlik olduğunu təsdiqləyir
15.10.2015 [10:28]
Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib.
Məlumatda deyilir: “Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir”.
İctimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. “Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmi” sualına iştirakçıların 77,1 faizi müsbət, 14,7 faizi mənfi cavab verib. Sorğu edilənlərin 41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır, respondentlərin 7,2 faizi isə iqtisadi məsələlər üzrə narahatlığını bildiriblər.
“Arthur J. Finkelstein & Associates” beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, “rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır”.
Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda “sabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb.
Rəyi soruşulan vətəndaşların 80 faizindən çoxu, həmçinin qeyd ediblər ki, Qərb partnyorları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlətin rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir.
Sorğunun məlumatına görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Mərkəzin məlumatına görə, 14 faiz isə öz seçimində qərarlaşmayıb.
Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi “yaxşı” və “əla” cavablarını veriblər.
Məlumatın sonunda bildirilir ki, “sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq olmaq, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq-Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər.
Ümumilikdə 1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

