Rusiyalı jurnalistlər Milli Məclisdə olublar
27.10.2015 [10:05]
Parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu oktyabrın 26-da Milli Məclisdə olub.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar.
Parlament Aparatının rəhbəri Səfa Mirzəyev onlara Milli Məclisin fəaliyyəti və inzibati binası haqqında ətraflı məlumat verib. Sonra qonaqlar Heydər Əliyev xatirə zalında Azərbaycan xalqının Ümummilli lideri ilə bağlı eksponatlara baxıblar.
Rusiyalı jurnalistlər daha sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər.
Sədr ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə jurnalistlərə təşəkkür edib. Bildirilib ki, seçkiləri izləmək üçün Milli Məclis və digər müvafiq qurumlar tərəfindən bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunublar. Bu, onu göstərir ki, biz Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsində maraqlıyıq və bunun üçün lazım olan bütün işlər görülüb. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyət quruculuğu istiqamətində ötən illərdə məqsədyönlü siyasət yürüdülüb. Azərbaycanda milli azlıqların hüquqları müdafiə olunur, dini etiqad azadlığı var. Bu gün ölkədə 3 minədək qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Məhkəmə-hüquq islahatları müsbət nəticəsini verir.
Oqtay Əsədov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri həyatın bütün sahələrində dinamik inkişaf edir. Parlamentlərarası əlaqələrimiz dövlətlərarası münasibətlərin dərinləşməsinə töhfəsini verir.
Sədr Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda 335 rusdilli orta məktəb, o cümlədən bütün dövlət ali məktəblərində rusdilli bölmələr var. Bununla yanaşı, Bakıda Slavyan Universiteti, Moskva Dövlət Universitetinin və bu ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar nəşr olunur.
Oqtay Əsədov qarşıdakı parlament seçkilərinin rusiyalı KİV nümayəndələri tərəfindən obyektiv işıqlandırılacağına inamını ifadə edib, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

