Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi olub
13.11.2015 [10:12]
Noyabrın 12-də - Konstitusiya Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının mükafatlarına layiq görülmələri, eləcə də Konstitusiya Günü münasibətilə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edərək deyib: “Təltif olunmaq böyük nailiyyət, bu adı daşımaq isə şərəfdir. Bu gün təltif olunanlar çalışdıqları sahələrdə fərqləndiklərinə görə dövlətimizin yüksək mükafatlarına layiq görülüblər”.
Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edərək deyib: “Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyev həm də Konstitusiyamızın yaradıcısıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə vətəndaşlarına digər hüquqlarla yanaşı, iş hüququ da verilir. Bundan istifadə edərək Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolunda çalışan, xidməti fəaliyyətində fərqlənənlər isə ölkəmizin dəyərli insanlarıdır. Onların əməyi daim dövlətimiz tərəfindən qiymətləndirilir, dövlət mükafatları ilə təltif edilirlər. Dövlət təltifinə layiq görülmək üçün isə insan vətənpərvər olmalı, ölkəsinə və xalqına sədaqətlə xidmət etməlidir”.
Ali Məclisin Sədri deyib: “Bu gün Ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik vardır. Sabitlik olan yerdə isə iqtisadi inkişaf davamlı olur. İqtisadi inkişafı təmin edənlər isə öz vəzifəsini layiqincə yerinə yetirən insanlardır. Bu insanların dövlətimizin təsis etdiyi ali mükafatlarla təltif olunması ölkəmizdəki sabitliyin, iqtisadi inkişafın, dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsidir”.
Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik edib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Bayram Rzayev, Mübariz Əsgərov, Alidə Fətullayeva, Vüsalə Əliyeva, Mahir Əliyev, Rəhim Qafarov, Natiq Əhmədov, Leyla Abbasova, Məhsəti Məmmədova, Əyyub Abdullayev, Əlövsət İbrahimov, Natiq Məmmədov, Tofiq Rüstəmov, Vüqar Quliyev və İlqar Mirzəyev minnətdarlıq edərək deyiblər: “Bu gün sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Ölkəmizdə bütün sahələr inkişaf etdirilir, insanların rahat işləməsi üçün şərait yaradılır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf xətti Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Doğma Naxçıvanımızın bugünkü inkişafında pay sahibi olmaq hər bir insan üçün böyük qürur və şərəfdir. Əməyimizə yüksək qiymət verilməsi, dövlət mükafatları ilə təltif olunmağımız isə məsuliyyətimizi artırır, bundan sonra daha səylə çalışmağa sövq edir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

