Mübariz Qurbanlı: Din siyasi mübarizədə alətə çevrilə bilməz
17.11.2015 [10:11]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanlara, qruplara xəbərdarlıqla bağlı müraciət edib.
M.Qurbanlı Trend-ə bildirib ki, kimlərinsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərmələrinə imkan verilməyəcək: “Bəzi qruplar dini siyasiləşdirməyə, din adı altında öz siyasi məqsədlərini ortaya qoymağa çalışırlar. Biz bir daha dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanları, qrupları xəbərdar edirik. Onlara bildiririk ki, bu, doğru yol deyil və bu cür hərəkətlər onlar üçün xoşagəlməz nəticələr verəcək. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar var. Ona görə də bütün şəxslərimiz - istər dini ayinləri daimi icra edənlər, istər məscidə, istərsə də digər dini məbədlərə gedənlər - onların hamısı bu qanunlara əməl etməlidirlər. Kimlərsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərəcəksə, biz buna imkan verməyəcəyik. Cəmiyyət də buna imkan verməməli, media da bunun qarşısında dayanmalıdır”.
M.Qurbanlı deyib ki, əgər kimsə - istər fərd şəklində, istərsə də qrup şəklində siyasi məqsədlərini, siyasi iddialarını ortaya qoymaq istəyirsə, onlar “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq, siyasi partiya yaradıb siyasi fəaliyyət göstərməlidirlər.
Komitə sədri qeyd edib ki, din siyasi mübarizədə bir alətə çevrilə bilməz.
Dinin mənəviyyatla, mədəniyyətlə, insanların tarixi, onların adət-ənənələri ilə bağlı olduğunu vurğulayan M.Qurbanlı dinin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu deyib: “Azərbaycanda dövlət dindən ayrıdır və din insanların daxili aləmidir, azad seçimidir. Dindən siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı kəskin müqavimət göstəririk və göstərəcəyik. Azərbaycanın qanunları, Konstitusiyası, dövlətimizin milli maraqları, ənənələri var. Ölkəmiz hansısa teokratik dini dövlətlərin modelinin buraya daşınmasına imkan verməz. Azərbaycan dünyəvi dövlətdir. Dünyəviliyimizi qorumaq üçün bu cür halların qarşısı qanunların sərtliyi ilə alınacaq. Azərbaycanda din pərdəsi altında öz siyasi iddialarını, məqsədlərini təbliğ etmək istəyənlərin cəhdlərinin qarşısı alınacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

