Yerevanda böhran davam edir
12.12.2015 [10:50]
Bildiyimiz kimi, Ermənistanda bu ilin iyununda başlayan mitinqlər hələ də davam etməkdədir. Bu mitinqləri və xalq etirazlarını “Maydan” hərəkatına bənzədənlər çox olsa da, təəssüf ki, bu çevrələr önəmli bir həqiqəti unutmuşdular. Belə ki, Ermənistan heç vaxt müstəqil daxili və xarici siyasət kursuna sahib olmayıb.
20 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə 818,88 milyard ABŞ dolları dəyərində maddi zərər dəyib. Bundan başqa, Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini və beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun heç bir şərt irəli sürülmədən dərhal boşaldılması haqqında bütün qərarlarını heçə saymaqdadır. Amma Ermənistan iqtidarı öz mənfəətlərini xalqının müqəddəratından üstün tutaraq ölkəni fəlakətə sürükləyir. Bütün bunların nəticəsi olaraq təsadüfi deyil ki, Ermənistan təcrid vəziyyətinə düşüb. Ermənistan bölgənin bütün önəmli layihələrindən kənarda qalıb. Nəticədə Ermənistanda əhalinin sayı sürətlə azalır, ölkədə işsizlik və inflyasiyanın səviyyəsi çox yüksəkdir. Ermənistan gəncləri Dağlıq Qarabağda savaşmaqdan qaçırlar və onlar çox yaxşı anlayırlar ki, hökumətləri işğalçı və monoetnik siyasətini davam etdirdiyi müddətdə Ermənistanı daha mürəkkəb vəziyyət gözləyir.
Xatırladaq ki, artıq 1 dekabrdan başlayaraq erməni müxalifəti ölkədə keçiriləcək referendumun cinayətkar rejimi daha da gücləndirəcəyini deyir və xalqı küçələrə çıxmağa səsləyirdi. Erməni müxalifətinin rəsmi qurumlara göndərdiyi mitinq icazəsinə isə mənfi cavab verilmişdi. Buna baxmayaraq, müxalif qruplar mitinqi Yerevanın Azadlıq meydanında keçirməyi planlaşdırırdılar və bunun üçün meydanda çadırlar da qurmuşdular. Amma Ermənistan hökuməti referendum keçirmək üçün son qərarını verdi. Çox maraqlıdır ki, seçkiləri, sadəcə, MDB-dən olan müşahidəçilərin izləməsinə icazə verildi. Bu vəziyyət seçkilərin nə qədər “demokratik” keçirildiyinin digər bir nümunəsidir. Bu referendumla konstitusiyada edilən dəyişikliklərə əsasən Ermənistan tam olaraq parlamentar idarə sisteminə keçəcək, ölkə prezidentinin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq. Bundan başqa, prezident vətəndaşların səsverməsi ilə birbaşa seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək. Baş nazir vəzifəsinə namizədlər parlamentdəki səsvermə çoxluğu ilə müəyyən ediləcək, baş naziri isə prezident təyin edəcək. Müharibə baş verərsə, o, ali baş komandan olacaq və silahlı qüvvələr birbaşa qanunverici hakimiyyətə tabe olacaq. Yeni layihədə deputat sayının azaldılması da nəzərdə tutulub. Həmçinin Ermənistan parlamentində hazırkı 131 deputat əvəzinə 101 deputat olacaq. Ermənistan müxalifəti isə bu dəyişikliklərin hazırkı prezident Serj Sarkisyanın və onun rəhbəri olduğu siyasi partiyanın iqtidarda qalması üçün həyata keçirildiyini iddia edirlər.
Məsud Musayev
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

