Sankt-Peterburqda general Hüseyn Xan Naxçıvanskinin abidəsinin layihəsinin təqdimatı olub
24.12.2015 [09:36]
“Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyi Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi ilə bu şəhərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir və həmvətənimiz, Rusiyanın süvari qoşun generalı Hüseyn Xan Naxçıvanskinin abidəsinin layihəsinin təqdimatını keçirib. Abidənin layihəsi “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyi tərəfindən hazırlanıb. Bununla əlaqədar, Sankt-Peterburq Hökuməti sərəncam verib. Tədbirdə Sankt-Peterburqun Azərbaycan diasporunun fəalları, alimlər, yazıçılar, Sankt-Peterburqun milli icmalarının rəhbərləri, habelə ictimai xadimlər, tələbələr və gənclər iştirak ediblər.
“Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyinin rəhbəri İdris Qəhrəmanov çıxışında vurğulayıb ki, Azərbaycan diasporunun prioritet vəzifələrindən biri xalqımızın zəngin mədəniyyətini, tarixini və irsini təbliğ etməkdir. O deyib: “Tanınmış sərkərdənin abidəsinin ucaldılması, xatirəsinin əbədiləşdirilməsi Rusiyanın Azərbaycan diasporunun həyatında böyük hadisədir”.
İ.Qəhrəmanov bildirib ki, Sankt-Peterburq azərbaycanlıları Heydər Əliyevin Şimal paytaxtına səfərlərini, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərini fəxr və fərəh hissi ilə xatırlayır və Ümummilli liderin onlar üçün müəyyən etdiyi kursa əməl edirlər.
Hüseyn Xan Naxçıvanskinin Sankt-Peterburqda ucaldılacaq abidəsinin maketi tədbir iştirakçılarına təqdim olunub.
Abidənin müəllifi, Sankt-peterburqlu heykəltəraş Boris Petrov maket üzərində fəaliyyətindən və o dövrə məxsus hansı hərbi atributların əsas götürülməsindən söz açaraq bildirib ki, general geyimi imperator geyiminin surəti olacaq. O, xüsusi vurğulayıb ki, elit süvari hissələrə komandanlıq edən Hüseyn Xan Naxçıvanski Rus İmperiyasının bütün tarixi ərzində yeganə müsəlman general-adyutant, Rusiyanın 15, xarici ölkələrin 9 dövlət mükafatının, o cümlədən 3-cü və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeninin kavaleri, “İgidliyə görə” Qızıl silahın sahibi olub.
“Lennauçfilm” kinostudiyasının direktoru Anton Smirnov “Salnamə” sənədli filmlər və “Lennauçfilm” kinostudiyalarının birgə istehsalı olan Hüseyn Xan Naxşıvanski haqqında “Şərəf və ləyaqət” filmindən danışıb. Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən natiq bu filmin Azərbaycanda və Rusiya telekanallarında nümayiş olunmasını təklif edib.
Dənizçilərin V.Konetski adına Ədəbi-Bədii Fondunun rəhbəri Tatyana Akulova çıxışında Sankt-Peterburqda Hüseyn Xan Naxçıvanskiyə abidə ucaldılması ilə əlaqədar “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyinin və onun rəhbəri İ.Qəhrəmanovun fəaliyyətini yüksək qiymətləndirib. O, daha bir azərbaycanlının, rus ordusunun general-mayoru Əliağa Şixlinskinin xatirə gecəsini keçirməyi təklif edib. Natiq vurğulayıb ki, Ə.Şıxlinski o dövrün taktika sahəsində dərin nəzəri və təcrübi biliklərə malik, habelə həmin biliklərin, xüsusən, döyüşdə sınaqdan keçirilməsi sahəsində nadir istedad sahibi olan azsaylı topçularından biridir. Rus artilleriyası döyüş meydanlarında üstünlüyünə görə məhz ona borcludur.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsü Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səfir Polad Bülbüloğlunun xoş arzularını və təbriklərini çatdıraraq bildirib ki, bu birlik və həmrəylik Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin öz xalqına mühüm vəsiyyətidir. Sankt-Peterburqda Hüseyn Xan Naxçıvanskiyə abidənin ucaldılması mövzusuna toxunan Q.Osmanov bildirib ki, bu abidə Rusiyada azərbaycanlıların tarixinin təcəssümüdür, onların xatirəsini əbədiləşdirir. O deyib: “Azərbaycan xalqının layiqli oğulları Rusiya dövlətçiliyinin təşəkkülündə dərin iz buraxıblar, onlar fədakarlıq və yaşadıqları ölkənin ideallarına sadiqlik nümunəsinə çevriliblər”.
Azərbaycan səfirinin müavini bildirib ki, Rusiyanın tanınmış azərbaycanlılarının xatirəsinin əbədiləşdirilməsində Leyla Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondunun RF nümayəndəliyi böyük rol oynayıb. Fondun təşəbbüsü və dəstəyi ilə Rusiya şəhərlərinin və regionlarının çoxunda Azərbaycan xalqının bir çox layiqli övladlarının abidəsi ucaldılıb, barelyefləri, xatirə lövhələri açılıb. Diplomat vurğulayıb ki, bu abidələr Rusiya və Azərbaycan xalqlarının dostluğunun rəmzidir.
Baş konsul Elşad Qulamov Azərbaycan ilə Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun bu yaxınlarda Azərbaycana səfərini, səfər çərçivəsində tərəflər arasında ticari-iqtisadi potensialın artırılmasına dair razılaşmalar əldə olunmasını xüsusi vurğulayıb.
Yazıçı, “Qarabağ gündəliyi” kitabının müəllifi Yuri Pompeyev dünyanın üzləşdiyi terror təhlükəsinə toxunaraq vurğulayıb ki, dost Azərbaycan və Rusiya xalqları bu təhlükəyə qarşı birgə mübarizə aparmalı, Rusiya cəmiyyətinin bir hissəsi olan azərbaycanlılar isə bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.
Tədbirdə çıxış edən Azərbaycan diasporunun nümayəndələri də ümidvar olduqlarını bildiriblər ki, Rusiyadakı tanınmış azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini nəzərdə tutan bu xoş ənənə bundan sonra da davam etdiriləcək.
Tədbirin sonunda qonaqlara “Şərəf və ləyaqət” sənədli filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

