Milli Məclisin payız sessiyasının son iclası keçirilib
30.12.2015 [10:29]
Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edilib.
Sonra cari məsələlər müzakirə edilib.
Deputatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın əhəmiyyətini qeyd ediblər.
İclasda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin edilməsi haqqında qanun layihəsi təsdiq edilib.
Milli Məclis Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında”, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında”, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnamələrdə, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Təhsil haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda, Əmək, İnzibati Xətalar məcəllələrində, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələrini təsdiqləyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Diplomatik xidmət haqqında” Qanunda edilən dəyişikliklə bağlı məlumat verib. Bildirib ki, burada əsas məsələ diplomatik xidmət sahəsində çalışan şəxslərin Azərbaycanda qəbul edilmiş qanunlara uyğun olaraq attestasiyadan keçməsi ilə bağlıdır. S.Seyidov qeyd edib ki, qanun layihəsi komitədə ətraflı müzakirə olunaraq parlamentin iclasına təqdim edilib. Hər bir diplomatın öz məsuliyyətini dərk etməsi baxımından bu, çox ciddi məsələdir. Hər bir diplomat bilməlidir ki, o, Azərbaycan vətəndaşıdır və Azərbaycanı təmsil edir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi haqqında məlumat verib. O deyib ki, dəyişiklik “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.
Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunub.
İclasda yeni İnzibati Xətalar Məcəlləsi də qəbul edilib. Qanun layihəsi haqqında məlumat verən deputat Vüsal Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsi hər bir ölkənin hüquq sistemində məsuliyyət müəyyən edən önəmli qanunlardan biridir. Buna görə də Məcəlləyə tez-tez əlavə və dəyişikliklər edilir. Ölkəmizdə hazırkı İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyunun 11-də qəbul edilib. İndiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib. Bu gün parlamentin müzakirəsinə təqdim edilən İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir. Məzmun, struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 608 maddə və 40 fəsildən ibarətdir. Mövcud Məcəllə ilə müqayisədə yeni sənədə 5 fəsil və 150 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, sənəd normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb. Bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.
“Publik hüquqi şəxslər haqqında” qanun layihəsini ikinci və üçüncü oxunuşlarda qəbul edən deputatlar “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikası qanununun layihəsinə birinci oxunuşda münasibət bildiriblər.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, “Lisenziyalar və icazələr” haqqında qanun layihəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək.
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq olunub.
Milli Məclisin sədri Oqtay Əsədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə xalqımızı təbrik edib.
Sədr payız sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

