/ / Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Lənkəran ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Lənkəran ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29.01.2016 [09:51]
Yanvarın 28-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Lənkəran ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsirindən danışıb.
Bildirilib ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Diqqətə çatdırılıb ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.
Lənkəranda dövlətin anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur. Rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə 500 hektar sahədə subtropik bitkilərin əkilməsi, çayçılığın inkişaf etdirilməsi və “yaşıl market”lərin yaradılması barədə təkliflər müsbət qarşılanıb və bu istiqamətdə işlərə başlanılıb.
Görüşdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Lakin dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb.
Z.Əsgərov əhalinin sosial müdafiəsini maksimum təmin etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təkliflər paketinin təqdim olunduğu barədə görüş iştirakçılarına məlumat verib. Vurğulayıb ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən pensiya və müavinətlərin, büdcədən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını göstərir.
Prezident İlham Əliyevin Lənkəran-Astara zonasına xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirən Z.Əsgərov bu bölgədə yaşayan insanların dövlətə və dövlətçiliyimizə həmişə sədaqətli olduqlarını qeyd edərək, hər kəsi dövlətimizin başçısı ətrafında sıx birləşməyə çağırıb.
Görüşdə çıxış edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli və Lənkəran Dövlət Universitetinin magistrantı, universitetin tələbə-gənclər təşkilatının sədri Emin Həmidli dövlətimizin başçısının anti-böhran tədbirlərini dəstəklədiklərini bildiriblər. Çıxışlarda əmək haqlarının, pensiya və müavinətlərin artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Tədbirdə yeni iş yerlərinin açılması istiqamətində kənd yerlərində xalçaçılığın inkişaf etdirilməsinin, xaricdə yaşayan lənkəranlı iş adamlarının özəlləşdirməyə və rayonda məhsul istehsalına cəlb olunmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

