Qafqaz Müsəlmanları İdarəsində tanınmış beynəlxalq ekspertlə görüş keçirilib
30.01.2016 [10:29]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz Ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycana səfərindən məmnunluq duyduğunu deyən Arye Qut ölkəmizdə hökm sürən dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya miqyasında vizit kartına çevrildiyini vurğulayıb. İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi üçün rəhbəri olduğu QHT tərəfindən həyata keçirilən tədbirlər, keçən il təşəbbüsləri ilə ölkəmizdə hazırlanmış və geniş ictimaiyyətin böyük marağına səbəb olmuş film barədə QMİ sədrinə ətraflı məlumat verib. Yaxın vaxtlarda bu qəbildən olan daha bir layihə gerçəkləşdirəcəklərini qeyd edən A.Qut dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə şeyxülislam A.Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirib.
QMİ sədri tanınmış beynəlxalq ekspertin Azərbaycan həqiqətlərini, dini icmaların real həyatlarını olduğu kimi təbliğ etməsini, habelə Azərbaycan diasporu ilə əməkdaşlığını yüksək dəyərləndirdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə görüşdə iştirak edən Dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin də Azərbaycan reallıqlarının, dini tolerantlıq mühitinin dünyada yüksək səviyyədə təbliğində böyük rolu olduğunu qeyd edərək ona təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

