Gürcüstan deputatlarından Ermənistan mətbuatının təxribatçı hərəkətlərinə etiraz
18.02.2016 [10:27]
Gürcüstan parlamentinin deputatları Ermənistan mətbuatının Gürcüstan hökumətinin guya bu ölkədə türklərə və azərbaycanlılara daha çox üstünlük verməsi, erməniləri isə sıxışdırması və onların hüquqlarını pozması barədə son günlər yaydığı yalan məlumatlara etirazlarını bildiriblər.
Parlamentdəki “Gürcü arzusu” fraksiyasının rəhbəri Georgi Volski fraksiya adından etiraz bəyanatı yayıb.
G.Volski AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Ermənistan mətbuatı Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyanın heç bir etikaya sığmayan müraciətini yaymaqla böyük səhvə yol verib. Qatı millətçi olan V.Çaxalyanın bəyanatı birmənalı şəkildə təxribatçı hərəkətdir. Şərqdə baş verən mürəkkəb proseslər zamanı bu cür bəyanatlar Gürcüstanın qonşu ölkələrlə dostluq və iqtisadi əlaqələrini, biznes layihələrini zərbə altına qoyur. İlk növbədə, bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu yolun Gürcüstan ərazisindən keçən böyük bir hissəsi Cavaxetiya bölgəsinə düşür: “Nəzərə alsaq ki, iqtisadi önəmi ilə yanaşı, bu dəmir yolu magistralı Şərqlə Qərb arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayan beynəlmiləl bir layihədir, onda belə hərəkətlərə heç bir halda yol vermək olmaz.
Çaxalyanın bugünkü fəaliyyəti bizim dövlətçiliyimizə qarşıdır və eyni zamanda, Gürcüstanda yaşayan etnik azərbaycanlılarla ermənilər arasında münaqişənin yaranmasına xidmət edir. Bu da müvafiq dövlət strukturlarından bu və digər faktlara dərhal reaksiya verməyi tələb edir. Bizim dövlətimiz bu cür təxribatçı hərəkətlərin qarşısını almağa və regional layihələrin və milli etniklərin təhlükəsizliyini qorumağa qadirdir”.
Hakim partiyadan olan deputat Mahir Dərziyev məsələyə münasibət bildirərək deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə çox gözəl dostluq və qonşuluq münasibətləri var: “Biz xüsusilə Azərbaycan ilə strateji tərəfdaşıq. Bu gün bu üç ölkənin birbaşa iştirakı ilə regionda çox mühüm layihələr həyata keçirilir. Bu da təbii ki, bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur”.
Deputat bildirib ki, Çaxalyanın bu cür bəyanatları onun tərəfində olan qüvvələrin daha böyük məqsədlərə hesablanmış addımlarıdır. Qarşıdan parlament seçkiləri gəlir və bəzi qüvvələr bundan öz məqsədləri üçün istifadə edə bilərlər. Digər tərəfdən, bu cür bəyanatlar bəzi qüvvələrin pozuculuq maraqlarına xidmət edir. “Amma əminəm ki, Gürcüstanın müvafiq dövlət və hökumət strukturları bu cür bəyanatlara kəskin reaksiya verəcəklər. Çaxalyan və onun kimiləri öz hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar”, - deyə M.Dərziyev vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyan bu ölkədə milli, etnik zəmində qarşıdurmalar yaratdığına görə dəfələrlə məsuliyyətə cəlb olunub. O, Cavaxetiya bölgəsinin zorla Gürcüstandan alınaraq Ermənistana birləşdirilməsinə çalışıb. 2009-cu ildə ictimai asayişi ciddi şəkildə pozduğuna, eləcə də yenidən milli, dini və irqi zəmində qarşıdurmalar yaratdığına görə uzun müddətə azadlıqdan məhrum edilib. 2013-cü ildə hökumətin elan etdiyi amnistiya aktı ilə azadlığa buraxılıb. Yenidən fəallaşmağa başlayan Çaxalyan erməniləri və digər xristianları azərbaycanlılara və türklərə qarşı mübarizəyə səsləyib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

