Azərbaycan-Yaponiya əlaqələri sürətlə inkişaf edir
18.02.2016 [10:27]
AZƏRTAC. Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın başçılığı ilə nümayəndə heyəti Yaponiyada səfərdədir.
Fevralın 17-də Azərbaycan nümayəndə heyətinin Yaponiya xarici işlər nazirinin müavini xanım Miki Yamada ilə görüşü keçirilib.
Yaponiyaya rəsmi səfərə dəvətə görə Xarici İşlər Nazirliyinə təşəkkür edən S.Fətəliyeva ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Yaponiya hökuməti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib. O, Azərbaycan ilə Yaponiya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb, bunun hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Ölkələrimiz arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini bildirən Miki Yamada yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin intensivləşdiyini vurğulayıb. Qeyd edib ki, bu səfərlər münasibətlərin inkişafına müsbət təsir göstərir.
S.Fətəliyeva Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Bildirib ki, hər iki ölkənin hakim partiyalarının nümayəndələrinin, parlament üzvlərinin qarşılıqlı səfərləri, eyni zamanda, dövlətlərimizin də yaxınlaşmasına xidmət edir. Regionun lider dövləti olan Azərbaycan Yaponiya ilə siyasi münasibətləri inkişaf etdirməklə yanaşı, mövcud iqtisadi əməkdaşlığın daha da əhatəli olmasına xüsusi diqqət yetirir.
Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Yaponiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını çatdıran S.Fətəliyeva bundan sonra da yapon tərəfinin Azərbaycanın haqq işini dəstəkləyəcəyinə əmin olduğunu qeyd edib.
M.Yamada Azərbaycanın sürətli iqtisadi inkişafını Yaponiyada da diqqətlə izlədiklərini deyib. O, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atıldığı barədə məlumatlı olduqlarını bildirib.
Azərbaycanın regionun lider dövlətinə çevrildiyini xatırladan S.Fətəliyeva Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycanda milli iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl iş aparılır.
M.Yamada ölkəsinin Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

