/ / Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməlidir
Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməlidir
26.02.2016 [10:25]
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Mübariz Qurbanlı məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 26 fevralın “Xocalı soyqırımı günü” elan edildiyini vurğulayıb.
Komitə sədri Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi baxımdan qiymətləndirilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir çox ölkələrdə yüzlərlə könüllünün uğurlu tədbirlər həyata keçirməsindən danışıb.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək tariximizə qanlı hərflərlə yazılmış Xocalı soyqırımında cinayətkar erməni qruplarının vəhşiliyi nəticəsində 613 nəfərin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldığını deyib. O bildirib ki, xalqımız insanlıq əleyhinə törədilmiş bütün cinayətləri pisləyərək Azərbaycana, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımına beynəlxalq miqyasda adekvat qiymət verilməsini tələb edib və bu istiqamətdə fəaliyyət davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev isə bildirib ki, bu cinayət cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalıda baş verənlərə əsl soyqırımı hadisəsi kimi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verməlidirlər.
Anım tədbirində iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycandakı Roma katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova və digərləri Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

