İraqlı jurnalist: Xocalı soyqırımı vəhşiliyi və şiddəti ilə təsəvvürə gəlməzdir
01.03.2016 [09:38]
İraqın tanınmış jurnalisti doktor Mutəz Muhy Əbdülhəmidin “əl-Muraqib əl-İraqi” qəzetinin dünənki sayında “26 fevral... İslam ölkəsi Azərbaycan Respublikasının tarixində unudulmayan bir gün” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyinin hələ XX əsrin əvvəllərindən özünü açıq şəkildə göstərdiyini qeyd edərək yazır: “Onlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmişlər. Onlar genişmiqyaslı qanlı hadisələrə səbəb olmuşlar. Bu zorakılıqlar Azərbaycanın paytaxtı olan Bakıda başlayaraq bütün ölkəyə, azərbaycanlıların yaşadıqları kəndlərə yayılmışdır. Həmçinin yüzlərlə kənd dağıdılmış, yer üzündən silinmiş, Azərbaycan xalqının minlərlə günahsız dinc övladı xüsusi vəhşiliklə qətl edilmişdir. Bütün bunlar isə “Böyük Ermənistan” dövləti yaratmaq üçün edilmişdir”.
Mutəz Muhy Əbdülhəmid Xocalıda silahsız, mülki şəxslərin qətlini bəşəriyyətə qarşı cinayət hesab edir, bunun erməni vəhşiliklərinin son həddi olduğunu bildirir. Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırır. Bu hadisələri terrorçular, İŞİD tərəfindən Suriyada, İraqda günahsız mülki insanlara qarşı törədilən qırğınlarla müqayisə edərək bildirir ki, Xocalıda baş verənlər məhz bir xalqın öz dininə və etnik köklərinə görə kütləvi şəkildə məhv edilməsi məqsədilə törədilib.
Daha sonra iraqlı jurnalist qeyd edir ki, Xocalı qırğınında iştirak etmiş ermənilər və onların havadarları tərəfindən insan hüquqlarının açıq şəkildə pozulması Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Beynəlxalq Bəyannamə, Mülki və Siyasi Hüquqlar üzrə Konvensiya kimi beynəlxalq konvensiyaların və bəşəriyyət əleyhinə cinayətlərə qarşı mübarizə barədə imzalanmış sazişlərlə tam ziddiyyət təşkil edir. Bu cinayətlər barədə hələ də susmaq ermənilərin zor gücünə işğal etdikləri torpaqlarda qalmaqda inadkarlığını daha da artırır.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

