Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi açılıb
18.03.2016 [09:43]
Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan yeni bələdiyyə məktəbinin açılış mərasimi olub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.
Mərasimdə Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Rio-de-Janeyro Şəhər Şurasının üzvü, Azərbaycanın adının məktəbə verilməsi qanununun müəllifi Joao Rikardo Ribas və Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, deputat Rodriqo Maya çıxış ediblər.
Braziliyada ilk dəfə Azərbaycanın adını daşıyan məktəbin açılmasını əlamətdar hadisə adlandıran E.Paes bunun ölkəmizə dərin hörmətin təzahürü olduğunu söyləyib. Mer bu məktəbin fəaliyyətinin iki ölkənin əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayaraq, onun Azərbaycan ilə Rio-de-Janeyro arasında təhsil sahəsində davamlı əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını bildirib və burada təhsil alan şagirdlərin Azərbaycana bağlı olacaqlarını qeyd edib.
Səfir E.Sultanov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan məktəbin açılmasından qürur hissi keçirdiyini söyləyib və bu hadisənin Azərbaycan ilə Braziliya arasında uğurlu əlaqələrin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti və əldə edilmiş nailiyyətlər barədə məlumat verərək son 10 ildə ölkədə 3000-ə yaxın orta məktəbin inşa edildiyini və əsaslı təmir olunduğunu bildirib. O, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb və səfirliyin məktəblə yaxından əməkdaşlıqda marağını ifadə edib. Bununla yanaşı, səfir E.Sultanov 2015-ci ildən etibarən Bakı və Rio-de-Janeyro şəhərlərinin qardaşlaşdığını xatırladaraq həmin məktəbin bu şəhərlər arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Azərbaycanın adını daşıyan məktəbin qanun layihəsinin müəllifi J.Ribas bu əlamətdar hadisənin əhəmiyyətini qeyd edərək, onun Azərbaycan ilə Braziliya, eyni zamanda, qardaşlaşmış şəhərlər olan Bakı və Rio-de-Janeyro arasında əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. O, 2013-cü ildə Azərbaycanda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə səfərini xatırlayaraq, Azərbaycanın müasir inkişafı və zəngin mədəniyyətindən danışıb.
Daha sonra çıxış edən deputat R.Maya Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan məktəbin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb, bunun Azərbaycanın Braziliyada daha geniş şəkildə tanıdılmasına xidmət edəcəyini vurğulayıb.
Tədbir zamanı səfir E.Sultanov məktəbə Azərbaycan xalçası və ölkəmiz haqqında portuqal və ingilis dillərində materiallar, habelə şagirdlərə Azərbaycan təsvirli köynəklər hədiyyə edib.
Mərasimin sonunda Novruz süfrəsi açılıb, qonaqlara şəkərbura, paxlava kimi Azərbaycan şirniyyatları təqdim olunub və ölkəmizin Novruz adətləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02

