Azərbaycan BAEA ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır
02.04.2016 [11:34]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan və BAEA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkəmizin bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi depozitari rolunda çıxış edən BAEA-nın baş direktoruna təqdim edib.
BAEA-nın baş direktoru ölkəmizin Konvensiyaya Düzəlişin təsdiqi istiqamətində həyata keçirilən səylərə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq dərin təşəkkürünü bildirib. BAEA son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edildiyini və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvar olduğunu qeyd edib.
Yukiya Amano daha sonra səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. BAEA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Y.Amano BAEA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinə görə razılığını ifadə edərək, bu il aprelin 15-də həmin Mərkəzin açılışında yüksək vəzifəli Agentlik rəsmisinin də iştirak edəcəyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, BAEA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə Enerji Agentliyinin mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.
Görüşdə, həmçinin Ermənistanda yerləşən və bölgəmiz üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor” atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu olub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

