AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Milli Məclisdə olub
09.04.2016 [10:30]
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 8-də Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. İndiyədək AŞPA-nın nümayəndə heyətləri ilə keçirilən görüşlərin əhəmiyyətindən söz açan Oqtay Əsədov əlaqələrimizin genişlənməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət haqqında danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycanın mülki əhalisi Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulub. Bunun qarşılığında isə Azərbaycan ordusu düşmənə layiqli cavab verib. Azərbaycan öz torpağında işğalçının qarşısını alır. Ölkəmiz hər zaman sülhə, atəşkəsə sadiqdir.
Oqtay Əsədov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı gəlib çatıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu məsələnin həlli üçün səylərini daha da artırmalıdırlar. İlk olaraq isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə əməl edilməli, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. Bu münaqişə tezliklə həll olunmalıdır.
Stefan Şennak Azərbaycan üzrə növbəti beş il üçün seçilmiş məruzəçi qismində ölkəmizdə səfərdə olduğunu söyləyib. Həmməruzəçi bildirib ki, AŞPA Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə görə çox narahatdır. Quruma üzv ölkələrdə mövcud münaqişələrin həlli üzrə fəaliyyət göstərən komitə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini xüsusilə diqqətdə saxlayır.
* * *
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmiz və Avropa Şurası arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.
Qoşunların təmas xəttindəki vəziyyətlə bağlı məsələyə toxunan S.Seyidov atəşkəsin bu şəkildə ermənilər tərəfindən pozulmasının qəbuledilməz olduğunu deyib. O, eyni zamanda, bu hadisənin birbaşa AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisinin gözü qabağında baş verməsinin bir fakt olduğunu söyləyib. Bildirilib ki, Ermənistan bu təxribatçı addımları məhz Azərbaycanın əldə etdiyi nailiyyətləri qəbul edə bilmədiyindən atır.
Stefan Şennak Azərbaycana hazırkı səfərinin həssas bir məqama təsadüf etdiyini söyləyib. O, cəbhə xəttindəki son hadisələrin narahatlıq doğurduğunu vurğulayıb.
* * *
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdə komitənin sədri Əli Hüseynli son günlər qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlarla bağlı AŞPA-nın nümayiş etdirdiyi obyektiv mövqenin parlamentarilər tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, AŞPA-nın hər zaman bu münaqişənin həlli ilə bağlı ciddi mövqe göstərdiyini deyib. Ə.Hüseynli hüquq siyasəti və dövlət quruculuğu komitəsinin AŞPA-nın Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

