MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Qarabağ məsələsi müzakirə edilib
09.04.2016 [10:32]
Aprelin 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.
Xarici siyasət idarələrinin başçıları 2015-ci ildə MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının icrasına yekun vuraraq, 2016-cı il üçün analoji plan cızıblar.
İclas iştirakçıları Dağlıq Qarabağ zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, bu zonada vəziyyəti sabitləşdirmək və münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin müəyyən etdikləri prinsiplər əsasında sülh yolu ilə həllinə dair səyləri fəallaşdırmaq üçün mümkün tədbirlər görülməlidir.
İclasdan sonra mətbuat konfransında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev jurnalistlərə bildirib ki, xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə ediblər. O vurğulayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda keçirdiyi görüşlərdən danışıb. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan da öz mövqelərini açıqlayıblar.
O deyib: “Hamı hərbi əməliyyatların dayandırılmasından razı qaldığını bildirdi. MDB ölkələrinin xarici işlər nazirləri ümidvar olduqlarını bildirdilər ki, tərəflər bu mürəkkəb münaqişəni qəti həll etmək üçün danışıqlar masasına qayıdacaqlar”.
Nazirlərin iclasında bildirilib ki, 2015-ci ilin planı tam yerinə yetirilib. Məsləhətləşmələrin mövzusu ənənəvi olaraq xarici siyasət sahəsində qarşılıqlı maraq doğuran məsələləri, xarici siyasət problemləri, BMT, ATƏT və digər beynəlxalq forumlarda əlaqədar dövlətlərin qarşılıqlı fəaliyyətinin təşkili üzrə təcrübə və informasiya mübadiləsini əhatə edib.
Gündəlikdə MDB çərçivəsində qarşılıqlı fəaliyyət, yeni çağırış və təhdidlərə qarşı mübarizədə əməkdaşlıq, ekspert nəzarəti məsələləri üzrə məsləhətləşmələr də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

