Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini, canidir
12.04.2016 [09:51]
Artıq Əli Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd və ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb
Xəbər verdiyimiz kimi, aprelin 2-dən Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan torpaqlarında başlatdığı təxribatların qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən uğurla alınıb. Hətta işğal altında saxladığı bir sıra mövqeləri belə itirən Ermənistan ordusu geri çəkilməyə məcbur olub. Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı uğurlu hərbi əməliyyatlar düşmənə ağır zərbələr vurub.
Bu çətin günlərdə Azərbaycan ictimaiyyəti birmənalı şəkildə ölkə Prezidentinin, Azərbaycan Ordusunun yanında yer aldı və milli maraqlarımızın ətrafında sıx birləşdi. Eləcə də, dünyanın aparıcı dövlətləri və beynəlxalq ictimaiyyət ölkəmizin ədalətli mövqeyini müdafiə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirdi.
Təəssüf ki, yenə də ölkəmizin daxilində bir sıra ermənipərəstlər tapıldı və onlar bu xalqdan olmadığını, milli maraqlarımızı heçə saydığını bir daha əyani şəkildə nümayiş etdirdilər. Vaxtilə hakimiyyəti zor gücünə zəbt etdiyi dövrdə, eləcə də radikal müxalifət ayaması altında dağıdıcılıqla məşğul olan, Azərbaycan dövlətçiliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstərən AXC-”Müsavat” hakimiyyətinin bəzi təmsilçiləri yenidən öz xislətlərini büruzə verərək ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışdılar.
Vurğulamaq lazımdır ki, AXCP sədri Əli Kərimlinin və onun yaxın ətrafının fəaliyyəti hər zaman dövlətimizə qarşı çıxmağa, Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib. Yaxın 10 gündə ermənilərin hərbi təxribatlarla yanaşı, informasiya təxribatlarına da yol verdikləri gün kimi aydındır. Və Əli Kərimlinin fəaliyyəti, irəli sürdüyü iddialar da ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. AXCP, “Azadlıq” qəzeti, sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər.
Əli Kərimlinin belə bir məqamda yenidən “aktivləşmə fazası”na qədəm qoymasının səbəbləri isə ortadadır. Azərbaycanın həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi indiki məqamda Ə.Kərimli və onun yaxın ətrafının daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməkdə məqsədi ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini azaltmaqdır.
Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbə vurmaqla, o cümlədən mühüm strateji yüksəkliklərə nəzarəti ələ keçirməklə Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirib. Düşmən həm canlı qüvvədə, həm də texnikada böyük itkilərə məruz qalıb. Qeyd etdiyimiz kimi, bu günlərdə beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşdı və ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıdı, eləcə də dəstəklədi.
Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanımızın qətiyyəti həm də Azərbaycan haqqında formalaşmış “məğlub tərəf” stereotipini sındırdı. Bir daha ordumuzun istənilən anda işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğu sübuta yetdi. Bununla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin israrlı müraciətlərini nəzərə alaraq, hərbi əməliyyatları dayandırmaqla sülh prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirmiş oldu. Bu addım da beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirildi. Bütün bu sadalananlar isə istər hərb meydanında, istərsə də danışıqlar masası arxasında Azərbaycanın üstün mövqeyə sahib olmasını şərtləndirdi. Beləliklə, Azərbaycan dövləti güclü və döyüşə hazır vəziyyətdə olmasına rəğmən sülhpərvər mövqe sərgiləməklə problemin dinc şəkildə tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirdi.
Maraqlıdır ki, Azərbaycanın əldə etdiyi bu üstünlükləri dəstəkləmək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP tam əks mövqe tutaraq erməni dəyirmanına su tökməklə məşğuldur. Xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, Milli Ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda Əli Kərimli yenidən əsl düşmən xislətini açıq şəkildə ortaya qoyur. O, uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməyə çalışır və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərir.
Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar etməklə, daxildə vəziyyəti gərginləşdirməklə məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Onun məqsədi bəllidir: erməniləri düşdükləri bu çətin durumdan “xilas etmək”. Müharibə tələb edən Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini və canidir. Bu şəxs yenidən həm özünü ucuz şəkildə reklam, həm də Azərbaycan xalqına, dövlətinə xəyanət edir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə mane olmağa çalışır.
Təbii ki, artıq Əli Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd və ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Bu gün müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gənclər ayağa qalxmalı və satqın, xəyanətkar Əli Kərimliyə öz yerini göstərməlidirlər. Azərbaycan dövləti davamlı şəkildə milli maraqlara zərbə vurmaqla ölkənin siyasi həyatında özlərinə yer etmiş Əli Kərimli kimi antimilli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürməlidir. O və onun kimi xalqa düşmən kəsilən, milli maraqlarımızı satmaqla məşğul olanlar həbs edilməli, layiqli cəzasını almalı, ən yaxşı halda isə ölkə hüdudlarından çıxarılmalıdırlar.
Pərviz
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

