Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
16.04.2016 [10:55]
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda qurumun sədri, müavini və iki katibi seçilib.
İclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Əvvəlcə aprelin əvvəllərində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin Milli Məclis tərəfindən təsdiq edildiyini xatırladan Ziyafət Əsgərov deyib: “Seçki Məcəlləsinin tələblərinə görə, bu gün Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibləri seçilməlidir. Seçki Məcəlləsinin 19-cu maddəsinə əsasən, iclası aparacaq şəxs müəyyən olunmalıdır. Həmin maddənin tələbinə görə, iclası MSK-nın ən yaşlı üzvü aparmalıdır”.
Sonra MSK-nın ən yaşlı üzvü Şaitdin Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib.
Daha sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib.
Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Natiq Məmmədov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə parlamentdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.
MSK-nın yeni tərkibinə etimad göstərdiklərinə görə Milli Məclisin bütün üzvlərinə minnətdarlığını bildirən Məzahir Pənahov qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də ölkəmizdəki seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün lazımi işləri görəcək. Azərbaycan Prezidenti İlham Əliyevin seçki komissiyalarına göstərdiyi diqqətdən söhbət açan Məzahir Pənahov deyib ki, məhz dövlətimizin başçısının daimi qayğısı sayəsində mərkəzi və aşağı seçki komissiyalarına seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılıb. MSK sədri deyib: “Biz bundan sonrakı fəaliyyətimizdə də çalışmalıyıq ki, dövlətimizin başçısının bizə göstərdiyi bu etimadı fəaliyyətimizlə doğruldaq. Buna görə də bizim üzərimizə böyük məsuliyyət düşür”.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, istənilən ölkədə seçkilər məsuliyyətli siyasi və hüquqi fenomendir. Ölkədə keçirilən seçkilərdə ən çox məsuliyyət də məhz Mərkəzi Seçki Komissiyasının üzərinə düşür. Ötən illər göstərdi ki, Mərkəzi Seçki Komissiyası üzərinə düşən işin öhdəsindən çox uğurla gəlib və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Ölkəmizdə keçirilən seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf və demokratik keçirilməsində MSK-nın rolu böyükdür. Ziyafət Əsgərov əminliklə bildirib ki, bu tərkib gələcəkdə də ölkəmizdə seçkilərin uğurla keçirilməsini təmin edəcək.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev MSK sədrini, müavin və katiblərini yenidən seçilmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Mərkəzi Seçki Komissiyasının 20 ildən çox müddətdə qazandığı təcrübə, onun tərəqqisi hər birimizin gözləri qarşısında baş verib. Son parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun, şəffaf və demokratik keçirilir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər komissiya üzvlərinin işini, onun keyfiyyətini xüsusi qeyd etdilər”, - deyə Səfa Mirzəyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

