Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın silahlı birləşmələrinin dinc sakinlərimizə qarşı vandalizm hərəkətləri davam edir

Ermənistanın silahlı birləşmələrinin dinc sakinlərimizə qarşı vandalizm hərəkətləri davam edir

27.04.2016 [10:10]

Düşmənin artilleriya atəşi nəticəsində Tərtər rayonunda 20 evə ziyan dəyib
Ermənistan silahlı birləşmələrinin aprelin 25-dən 26-na keçən gecə başlayan artilleriya atəşi nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Tərtər rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata görə, Tərtər şəhərində 4, Qaraağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazyan kəndində 6, Qaynaq kəndində 2 evə, həmçinin Şuşa polisinin inzibati binasına, 1 minik avtomobilinə ziyan dəyib.
Bundan başqa, rayonun elektrik və qaz təsərrüfatına da ziyan vurulub. Belə ki, 110 kilovoltluq Naftalan-Tərtər, 35 kilovoltluq İsmayılbəyli, 6 kilovoltluq Şıxarx, 6 kilovoltluq 3, 6, 10 nömrəli Tərtər şəhər hava elektrik xətləri, Qazyan kəndi ərazisində 2 ədəd qaz sayğacı və fərdi tənzimləyici, 50 metr qaz borusu sıradan çıxıb.
Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 3 baş iribuynuzlu heyvan, 1 at tələf olub, Səhləbad, Seydimli, Şıxarx, Cəmilli, Dəmirçilər kəndlərinin əkin sahələrinə 70-dək mərmi düşüb.
Hazırda rayona dəymiş ziyan dəqiqləşdirilir.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31