Ekstremizmin qarşısının alınması yolları: Multikulturalizm, ümumi dəyərlər və plüral cəmiyyət
28.04.2016 [10:20]
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” mövzusunda bölmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə elmi-tədqiqat Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ekstremizm və terrorizmlə mübarizə aparmağın hazırkı dövrdə ölkələr qarşısında prioritet məsələ olduğunu qeyd edib. O bildirib ki, xüsusən bu bəlalardan müsəlman ölkələri çox əziyyət çəkir. Baş direktor Azərbaycanın da ekstremizmlə qarşılaşdığını, ölkədə miltikulturalizmin inkişafına böyük diqqət yetirildiyini bildirib. H.Eren bəşəriyyəti narahat edən bu bəlaların müzakirə olunduğu VII Qlobal Foruma ev sahibliyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O deyib ki, hansı dinə mənsubluğundan asılı olmayaraq insanlar arasında ümumi dəyərlərin təbliği dünyada ayrı-seçkiliyin qarşısının alınmasına, plüral cəmiyyətin formalaşmasına kömək edə bilər.
İrqçilik, ksenofobiya və digər dözülməzlik formaları ilə əlaqədar BMT-nin xüsusi məruzəçisi Dodu Dien müasir cəmiyyətlərin bir çox paradiqmaların - dini, mədəni və digər dəyərlərin dəyişdiyi bir dövrü yaşadığını bildirib. Hazırda milli identifikasiya böhranının yaşandığını vurğulayan D.Dien deyib ki, bu, qloballaşma prosesi ilə sıx bağlıdır. O, inklüziv cəmiyyətlərdə müxtəlif xalqların nümayəndələrinin etik, estetik və mənəvi inteqrasiyasının vacibliyini qeyd edərək deyib: “Avropada miqrantlara imkan daxilində iqtisadi şərait yaradılır, onlar evlə, işlə təmin edilir. Amma onların mənəvi inteqrasiyasına diqqət yetirilmir. Multikulturalizm yalnız bu amil nəzərə alındıqda tam mənada mövcud olmuş olar”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatda müxtəlif dinlərə sitayiş edən türk xalqlarını birləşdirdiklərini, onların mədəniyyətlərini təbliğ etdiklərini bildirib. O, Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, türkdilli xalqların mədəniyyətinin qorunması üçün təşəbbüslər həyata keçirdiklərini diqqətə çatdırıb.
Günay Əfəndiyeva qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi təsadüfi deyil. Çünki multikulturalizm Azərbaycan cəmiyyətində həyat tərzidir. “Azərbaycan çoxmillətli ölkədir. Onların hamısı Azərbaycan cəmiyyətinin bir parçasıdır. Ölkəmizdə pravoslav kilsəsi, sinaqoq, alman kilsəsi, katolik məbədi var”, - deyə o bildirib.
G.Əfəndiyeva Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə nəticəsində azərbaycanlıların Ermənistandan tamamilə çıxarıldığını, ölkəmizin 20 faiz ərazisinin işğal edildiyini, lakin buna baxmayaraq, Azərbaycanda hazırda 30 min erməninin yaşadığını iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni və tarixi abidələri dağıtdıqları halda, Bakının mərkəzində erməni kilsəsi indi də qorunub saxlanıb. Bu, Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir.
O bildirib ki, Azərbaycanda yaşayan xalqlar öz dillərini və mədəniyyətlərini inkişaf etdirirlər, dövlətimizin başçısı onların nümayəndələri ilə mütəmadi görüşlər keçirir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını bildirən G.Əfəndiyeva artıq dünyanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizm modelinin digər ölkələr üçün örnək olduğunu vurğulayıb.
KAİCİİD Dialoq Mərkəzinin baş katibinin ali müşaviri, professor Məhəmməd Abu Nimer İslam dininin fundamental sülh və birgəyaşayış dəyərləri mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, İslam daim sülh və bərabərlik anlayışları ilə birgə təsəvvür edilib. M.A.Nimer Mərkəzin təşkil etdiyi təlimlərin məqsədləri və istifadə etdiyi metodlar haqqında danışıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali VII Forumun zəngin multikultural dəyərlərə malik olan Azərbaycanda keçirilməsinin böyük simvolik məna kəsb etdiyini bildirib. Çıxışında o, qədim İslam mədəniyyətinin dünya mədəniyyətinə təsir etdiyini, Şərq ədəbiyyatında çoxmədəniyyətlilik və insana sevginin tərənnüm edildiyini vurğulayıb.
Bölmə iclası işini maraqlı müzakirələrlə davam etdirib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində, həmçinin “Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab”, “Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Böhran dövründə hesabatvermə: Yaradıcı hekayələr vasitəsilə miqrant həyatından bəhs edən hadisələrin nəqli”, “Qlobal təhsil vasitəsilə inklüzivliyin və inteqrasiyanın təşviqi”, “İtaliya və Sivilizasiyalar Alyansı: İnnovativ mədəni dialoqa dair dörd təklif” mövzularında bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasları, o cümlədən əməkdaşlıq toplantıları keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

