Ağdamın yaşayış məntəqələri hər gün atəşə məruz qalır
30.04.2016 [09:28]
Aprelin 1-dən etibarən Ağdam rayonunun kəndləri erməni silahlı birləşmələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalır. Nəticədə yüzlərlə ev dağıdılıb, dinc insanlar yaralanıb, şəhid olub, əhalinin mülkiyyətinə və təsərrüfata ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 29-da Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov yerli və xarici KİV-lərin nümayəndələrinə məlumat verib. Bildirib ki, atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, hər gün düşmən tərəfindən rayonun yaşayış məntəqələri atəşə məruz qalır. Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin atəşi daha da intensiv və şiddətli olub. Rayon üzrə 91 ev zərər çəkib, o cümlədən 16 ev tamamilə dağılıb. Bir tam orta məktəb, bir uşaq bağçası, 2 mağaza, kənd inzibati ərazi nümayəndəliyinin binası zərər çəkib, elektrik xətləri sıradan çıxıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 8 nəfər yaralanıb, 1 nəfər həlak olub. Yaralılardan bir nəfəri isə ertəsi gün dünyasını dəyişib.
Rayon əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu deyən Raqub Məmmədov bildirib ki, hazırda insanların tarlada işləməli, əkin-biçinlə məşğul olmaları vaxtdır. Lakin düşmənin ərazilərimizi atəşə tutması səbəbindən əhali təsərrüfatlarda işləyə bilmir.
R.Məmmədov qeyd edib ki, erməni silahlı birləşmələri kəndləri əsasən gecələr atəşə tutur. Odur ki, insanlar öz evlərində qala bilmirlər. Qadınlar, qocalar, uşaqlar cəbhəyanı kəndlərdən uzaqlaşdırılıb, kişilər isə kəndlərdədirlər.
Hər bir kəsdə yüksək döyüş ruhu olduğunu deyən Raqub Məmmədov deyib: “Ali Baş Komandanın bir çağırışı lazımdır ki, hər birimiz silaha sarılıb düşmənin üstünə gedək. Qoy düşmən bilsin ki, son damla qanımıza qədər döyüşəcəyik. Biz inanırıq ki, işğal altındakı torpaqlarımız azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, didərgin düşmüş insanlar doğma yurdlarına qayıdacaqlar”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40

