/ / “ASAN xidmət”də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
“ASAN xidmət”də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
07.05.2016 [09:26]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Hikmət Babaoğlu və Vüsal Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və çiçək dəstələri qoyublar.
Tədbiri Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açaraq dahi şəxsiyyət, Ulu öndərin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.
Bundan başqa, İnam Kərimov ölkə başçısının təşəbbüsü ilə yaranan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət məqsədləri barədə məlumat verib, bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğunu bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açıb. Eyni zamanda, Azərbaycanda “Multikulturalizm ili”nin elan olunduğunu və bunun yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynov da öz çıxışında dahi şəxsiyyətin dövlətçilik sahəsində töhfəsindən, Yeni Azərbaycan Partiyasına üzvlüyün müsbət tərəflərindən bəhs edib. O, həmçinin YAP-a yeni qəbul olunan üzvləri təbrik edib, onları gələcək fəaliyyətlərində aktiv olmağa səsləyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışı zamanı partiyanın yaranma tarixindən və “ASAN xidmət”in yeni nəsil üçün nümunəvi qurum olduğundan danışıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub. Sumqayıt “ASAN xidmət” mərkəzinin “Ümummilli lider” adına qrupu tərəfindən hazırlanmış, Ulu öndərə həsr olunan video təqdimata baxılıb və təqdimat auditoriya tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

