Azərbaycan nümayəndə heyəti Oksford İslam Araşdırmaları Mərkəzində olub
19.05.2016 [10:33]
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiya başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniyaya səfərləri çərçivəsində Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzində (İAM) olublar.
Azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə təmsil olunublar. Ziyarət mərkəzin fəaliyyəti ilə tanışlıq və ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
Mərkəzin yeni binası bir sıra müsəlman ölkələrinin dəstəyi ilə inşa edilib. Akademik fəaliyyətlərin yeni ocağı olacaq binada kitabxana, akt zalı, ibadət zalı, qalereya və s. var. Bu barədə məlumat verən mərkəzin direktoru Farhan Nizami bildirib ki, İAM 1985-ci ildə yaradılıb. Britaniya Kral ailəsinin üzvü, Uels şahzadəsi Çarlzın şəxsi himayəsi altında fəaliyyət göstərən, Qərb ilə İslam dünyası arasında körpü rolunu oynayan mərkəzin fəaliyyəti geniş beynəlxalq diqqət və dəstək cəlb edir.
Səfər çərçivəsində A.Paşazadə və F.Nizami arasında ikitərəfli, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə mərkəzlə tanışlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dini tolerantlıq və multikultural mühitdən söhbət açılıb.
Dövlət müşaviri K.Abdullayev Azərbaycandakı multikultural təhlükəsizlik prinsiplərindən, ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət siyasətindən bəhs edib.
F.Nizami Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib, mərkəzə bu ziyarəti gələcək əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafət zamanı mərkəzin professor-müəllim heyəti ilə müxtəlif sahələrdə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Sonda A.Paşazadə nümayəndə heyəti adından İAM-a Azərbaycan xalçası və ölkəmiz haqqında kitablar hədiyyə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

