Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədədir

Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədədir

24.05.2016 [10:12]

Bu fikir Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsinin görüşündə vurğulanıb
Mayın 23-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin dörd dəfə Çinə səfər etdiyini xatırladan Prezident Administrasiyasının rəhbəri Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin hər iki ölkəyə fayda verdiyini vurğulayıb, parlamentlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.
Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrin perspektivlərindən danışıb. Qeyd edib ki, Çində Ulu öndər Heydər Əliyevin xatirəsi daim hörmətlə anılır və Prezident İlham Əliyevə böyük ehtiram var.
Görüşdə bildirilib ki, hər iki ölkənin dövlət başçıları arasında sıx əlaqələr, həmçinin xalqlarımızın tarixi dostluq münasibətləri əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Söhbət zamanı Çinin Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyası - Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası, habelə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31